Senior QA / test mühəndisi (manual + avtomatlaşdırma)

Predsol

Vakansiya haqqında

Vəzifə təsviri:

  • Məhsulun buraxılış qapısı olaraq kritik biznes axınlarının, rolların, mobil offline funksionallığının və AI nəticələrinin sınaqdan keçirilməsi.

Öhdəliklər:

  • Test planlarının, regression paketlərinin və P0 checklist-lərin hazırlanması
  • Rol × səhifə matrisasının (müxtəlif istifadəçi rolları üzrə) qurulması
  • API smoke testləri, UI regression testləri
  • Mobil: Android/iOS sahə axınlarının, zəif şəbəkə şəraitinin, foto/GPS funksionallığının sınağı
  • Sinxronizasiya xətalarının təsnifatı və sənədləşdirilməsi
  • Avtomatlaşdırma: Playwright və/və ya Vitest, CI-yə bağlı smoke testlər
  • Bug triage, severity müəyyənləşdirmə, release go/no-go qərarlarına dəstək
  • AI alətləri ilə test skripti/checklist generasiyası — öz review-u ilə

Tələblər:

  • 2+ il QA təcrübəsi; API və UI testlərini birlikdə aparma bacarığı
  • Test sənədləşdirməsi və bug report keyfiyyəti üzrə güclü bacarıqlar
  • Yeni domeni öyrənməyə açıqlıq.

Üstünlük təşkil edən keyfiyyətlər:

  • E2E avtomatlaşdırma, mobil cihaz laboratoriyası təcrübəsi
  • Performance/load testləri (bulk sinxronizasiya) təcrübəsi

Dil bilikləri:

  • Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
  • Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
  • Rus dili biliyi üstünlük hesab olunur.

Əlavə Məlumat:

  • Servis şirkət tərəfindən təmin olunur.
  • İş saatları: həftənin 5 günü, 08:00–17:00.

Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior QA Test Engineer” başlıqı ilə göndərsin.

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 avqust 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
19 sentyabr 2026

Şirkət haqqında

Predsol
Peşəkar, elmi və texniki fəaliyyətlər, Konsaltinq xidmətləri
Predsol — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

BCC SV
Senior · 5+ il
Maaş göstərilməyib

Avtomatlaşdırılmış testlər hazırlayır və proqram təminatının keyfiyyətini təmin etmək üçün 5 ildən çox təcrübəyə malikdir.

Test AutomationC#Azure DevOpsNoSQL+16
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Senior QA / test mühəndisi (manual + avtomatlaşdırma)
Müraciət et