Backend API-lərin inkişafı və refaktorinqi üçün Node.js/TypeScript üzrə 3+ il təcrübə tələb olunur.
SAP ABAP proqramlaşdırma üzrə aparıcı mütəxəssis
Vakansiya haqqında
- Funksional tələblərin texniki həllərə çevrilməsində iştirak etmək, texniki spesifikasiyaları hazırlamaq və ya nəzərdən keçirmək;
- WRICEF obyektlərinin (hesabatlar, interfeyslər, məlumat miqrasiyası proqramları, genişləndirmələr, formalar və iş axınları) texniki dizaynını qiymətləndirmək;
- Standart SAP funksionallığından kənar inkişaf ehtiyaclarını təhlil etmək və alternativ həllər üzrə texniki rəy vermək;
- Texniki həlləri SAP Clean Core, extensibility və gələcək yeniləmələrə uyğunluq prinsipləri baxımından qiymətləndirmək;
- Digər SAP modulları və xarici sistemlərlə inteqrasiya tələblərini texniki baxımdan nəzərdən keçirmək;
- Ehtiyac olduqda ABAP, ABAP Objects, CDS Views, OData xidmətləri, BAdI və SAP Fiori backend komponentləri üzrə inkişaf işləri aparmaq;
- Vendor tərəfindən hazırlanan kodu nəzərdən keçirmək, aşkar olunan çatışmazlıqlar üzrə rəy bildirmək və texniki qəbul üçün tövsiyələr təqdim etmək;
- Kodun performans, təhlükəsizlik və inkişaf standartlarına uyğunluğunu qiymətləndirmək, çatışmazlıqların aradan qaldırılmasını izləmək;
- SAP S/4HANA-nın digər SAP həlləri və xarici sistemlərlə inteqrasiyası üzrə texniki dizaynı nəzərdən keçirmək;
- API, OData, IDoc, RFC və SAP Integration Suite vasitəsilə qurulan interfeyslərin hazırlanması, test edilməsi və yaranan xətaların aradan qaldırılmasında iştirak etmək;
- Unit Test və inteqrasiya testlərində iştirak etmək, UAT zamanı yaranan texniki məsələlərin həllinə dəstək vermək;
- İnkişaf işləri üzrə tapşırıqları, dəyişiklik sorğularını, texniki riskləri və asılılıqları izləmək; layihə rəhbərliyinə müvafiq status məlumatları təqdim etmək;
- Vendor tərəfindən bilik ötürülməsində iştirak etmək, mənbə kodunun və texniki sənədlərin ADY-yə tam təhvil verilməsini izləmək;
- Texniki sənədləşməni, inkişaf standartlarını və hazırlanmış obyektlərin reyestrini aktual saxlamaq;
- Cutover, Go-Live və Hypercare mərhələlərində, eləcə də Go-Live sonrasında insidentlər və dəyişiklik sorğuları üzrə ABAP dəstəyi göstərmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Müraciət üçün son tarix 10 oktyabr 2026-cı ildir.
ABAP, ABAP Objects, CDS Views, OData xidmətləri, BAdI və SAP Fiori backend komponentləri tələb olunur.
Unit Test, inteqrasiya testləri və UAT mərhələlərində iştirak etmək tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSAP developer üzrə Bakıda digər açıq elanlar.
Mobil tətbiqlərin inkişafı və dəstəklənməsi üzrə təcrübə tələb olunur.
Memarlıq layihələrinin hazırlanması və icrasını izləmək üçün AutoCAD və Archicad bilikləri tələb olunur.
Back-end proqramçı kimi Java və mikroservis arxitekturası üzrə 3+ il təcrübə tələb olunur.



