Böyük həcmli məlumatların emalı üçün etibarlı proseslər hazırlayır və idarə edir, Apache Spark təcrübəsi tələb olunur.
Proqramçı böyük mütəxəssis
Vakansiya haqqında
Təsvir
- Şirkətin əsas informasiya sistemlərinin funksional imkanlarının təkmilləşdirilməsi, yeni modulların və funksionallıqların hazırlanması və mövcud həllərin optimallaşdırılmasını təmin etmək;
- Biznes tələblərini texniki həllərə çevirmək, proqram təminatının arxitekturasını, komponentlərini və inteqrasiya mexanizmlərini layihələndirmək və inkişaf etdirmək;
- Backend proqram təminatının hazırlanması, mövcud tətbiqlərin inkişaf etdirilməsi və performans göstəricilərinin optimallaşdırılmasını həyata keçirmək;
- Sistemlərarası məlumat mübadiləsinin təmin edilməsi məqsədilə REST API-lərin hazırlanması, inteqrasiyası və dəstəklənməsini həyata keçirmək;
- Şirkətin daxili sistemləri, mobil və veb tətbiqlər, ERP və digər korporativ platformalar arasında inteqrasiyaların qurulması və dayanıqlı fəaliyyətinin təmin edilməsində iştirak etmək;
- CI/CD proseslərinin qurulması və təkmilləşdirilməsi, proqram təminatının test və production mühitlərinə etibarlı şəkildə çıxarılmasını təmin etmə
İş qrafiki: 5 günlük, saat 09:00-18:00
Tələblər
- Təhsil: Ali (Kompüter elmləri, İnformasiya texnologiyaları, Proqram mühəndisliyi və ya digər müvafiq ixtisaslar üzrə )
- Təcrübə: Minimum 4- 5 il peşəkar iş təcrübəsi (Proqram təminatının hazırlanması və inkişafı sahəsində)
- Retail, FMCG və ya digər yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsinin olması üstünlük hesab edilir;
- Backend proqramlaşdırma üzrə, xüsusilə C#/.NET texnologiyaları ilə işləmək üzrə güclü praktiki bilik və təcrübə;
- Relyasion verilənlər bazaları və SQL üzrə yüksək səviyyəli biliklər, xüsusilə MS SQL Server ilə işləmə təcrübəsi;
- REST API-lərin hazırlanması, inteqrasiyası və sistemlərarası məlumat mübadiləsinin təşkili üzrə praktiki təcrübə;
- Git, Azure DevOps və digər versiya idarəetmə, CI/CD və proqram təminatının çatdırılması alətləri ilə işləmə bacarığı;
- Veb və/və ya mobil tətbiqlərin arxitekturası, proqram təminatının strukturlaşdırılması və miqyaslandırılması üzrə anlayış;
- Yüksək əlçatanlıq və davamlılıq tələb edən kritik və canlı (production) sistemlərin hazırlanması, dəstəklənməsi və təkmilləşdirilməsi üzrə təcrübə;
- Sistem performansının, etibarlılığının və dayanıqlılığının təmin edilməsi üzrə anlayış və praktiki yanaşma;
- Texniki problemləri sistemli şəkildə təhlil etmək, effektiv həllər formalaşdırmaq və müxtəlif funksional komandalarla əməkdaşlıq etmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servis ximdəti
- Karyera yüksəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Minimum 4-5 il peşəkar iş təcrübəsi tələb olunur.
İş yeri Bakı şəhərindədir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçRetail, FMCG və yüksək tranzaksiyalı biznes sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTətbiq arxitekti üzrə Bakıda digər açıq elanlar.
Dövlət qurumlarının rəqəmsallaşması üçün arxitektura və sistemlərin qiymətləndirilməsini həyata keçirir
C# və ASP.NET Core üzrə proqram təminatı hazırlayır, REST API və microservices bilikləri tələb olunur.
Backend xidmətləri yazır, Python, Django və FastAPI üzrə minimum 3 il təcrübəsi var.




