Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Mövcud və potensial müştərilərlə aktiv satış danışıqlarının aparılması
Müştərilərə məhsul və xidmətlər haqqında ətraflı məlumatın verilməsi
Satış planlarının icrası və aylıq hədəflərə çatmaq
Müştəri bazasının formalaşdırılması və idarə olunması
Sifarişlərin qəbul edilməsi və satış prosesinin izlənməsi
Rəhbərliyə görülən işlər barədə hesabatların təqdim edilməsi
Tələblər:
Satış sahəsində 3–5 il iş təcrübəsi
Azərbaycan dilində səlis danışıq (rus dili arzuolunandır)
Ünsiyyət qurma və inandırma bacarığı
Məsuliyyətli, məqsədyönlü və nəticə yönümlü olmaq
MS Office proqramlarında işləmə bacarığı
Komanda ilə işləmək və stressə davamlılıq
İş barədə məlumat
Bazarın araşdırılması və yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə avadanlıqlar və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
İş qrafiki: 5 gün, 09:00–18:00
Şirkət haqqında
2015-ci ildə yaradılan AE Union MMC şirkəti aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, AE Union MMC geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdirBizim komandamızda yaradıcılığı, əməkdaşlığı və inkişafı dəstəkləməkdən məmnunluq duyuruq.
AE Union — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



