Weak Current SystemsAccess Control SystemsPresentation Skills
Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
13 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş barədə məlumatlar:
- Xarici ölkələrin müvafiq dövlət və özəl qurumları ilə işgüzar münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Respublikadaxili və beynəlxalq tədbirlərdə təşkilatı təmsil etmək;
- Görüşlər, konfranslar və rəsmi tədbirlər üçün təqdimat və çıxış materiallarının hazırlamaq;
- Müxtəlif mövzular üzrə analitik arayışlar, rəhbərlik üçün hesabatlar və təqdimat materiallarını hazırlamaq;
- Beynəlxalq təşkilatlar ilə imzalanması nəzərdə tutulan memorandumları, müqavilələri, aktları və digər sənədləri hazırlamaq;
- Təşkilatın fəaliyyətinə uyğun təhlillər, monitorinq və tədqiqatlar aparmaq;
- Təşkilatın fəaliyyətinə uyğun xarici ölkələrin analoji təcrübəsini araşdırmaq və həmin təcrübələrin qanunvericiliyə implementasiyası etmək.
Namizədə tələblər:
- Ali təhsil (beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahələr üzrə);
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
- Beynəlxalq mənbələrlə işləmək, akademik və praktiki araşdırma aparmaq bacarığı;
- Power Point və digər analoji proqramlarda (Canva, Prezi və s.) işləmə bacarığı;
- Analitik düşüncə, məlumatların strukturlaşdırılması və vizual təqdimetmə bacarığı
- Komandada işləmə bacarığı.
Əlavə qeydlər:
- 09:00 – 18:00 iş saatları, 5 günlük iş rejimi
- Könüllü tibbi sığorta təmin edilir
- Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Risk ManagementStakeholder ManagementContract Negotiation
Training DeliveryPresentation SkillsData Analysis
SAPData AnalysisPower BI


