Vakansiya haqqında

Əsas vəzifələr

  • Satış şəbəkəsi, mağazalar, POS-lar və məhsullar üzrə satış göstəricilərinin ətraflı təhlilinin aparılması;
  • Satış, ehtiyatlar, sifarişlər, məhsulların əlçatanlığı və uduşların ödənilməsi üzrə göstəricilərin müntəzəm izlənilməsi;
  • Aşağı satış nəticələri göstərən satış nöqtələrinin müəyyən edilməsi və onların fəaliyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər planlarının hazırlanması;
  • Satış nöqtələrinə müntəzəm səfərlərin təşkili və əməliyyat proseslərinin yerində yoxlanılması;
  • Məhsulların mövcudluğuna, düzgün yerləşdirilməsinə, görünürlüğünə və satış prosesinin keyfiyyətinə nəzarət edilməsi;
  • AL-in mərkəzi ofisi, regional rəhbərləri və satış nöqtələrinin məsul şəxsləri ilə davamlı əməkdaşlığın təmin edilməsi;
  • Sifariş, çatdırılma, ehtiyatların idarə edilməsi, satış, maliyyə hesablaşmaları, kampaniyalar və digər əməliyyat proseslərinin başlanğıcdan sonadək əlaqələndirilməsi;
  • Satış, Maliyyə, Logistika, Marketinq, Məhsul, İT və Sahə Satışları komandaları arasında səmərəli əməkdaşlığın və koordinasiyanın təmin edilməsi;
  • Həftəlik və aylıq fəaliyyət nəticələri üzrə hesabatların, satış proqnozlarının və tədbirlər planlarının hazırlanması;
  • Satış şəbəkəsi üzrə artım imkanlarının müəyyən edilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi;
  • Mövcud əsas müştərilərlə iş üzrə (Key Account Management) əməkdaşlarla təcrübə və effektiv iş üsullarının paylaşılması.

Tələblər

  • Əsas müştərilərlə işin idarə edilməsi (Key Account Management) sahəsində minimum 4–5 il iş təcrübəsi;
  • FMCG (gündəlik tələbat malları) və ya müasir pərakəndə ticarət sahəsində iş təcrübəsinə üstünlük verilir;
  • Böyük pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq və danışıqların aparılması üzrə təcrübə;
  • Güclü analitik düşünmə qabiliyyəti və Excel proqramı üzrə yüksək səviyyəli biliklər;
  • Satış və mağaza səviyyəsində məlumatları təhlil etmək, nəticələr çıxarmaq və konkret fəaliyyət planlarına çevirmək bacarığı;
  • Həm ofisdə, həm də sahədə aktiv işləməyə hazırlıq;
  • Güclü ünsiyyət, koordinasiya, təqdimat və problemlərin həlli bacarıqları;
  • Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və nəticəyönümlülük.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Nasimi District
Təcrübə
4–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 oktyabr 2026
Son tarix
7 noyabr 2026
HRX ilə müraciət
3
Baxış
111

Şirkət haqqında

Azərlotereya ASC
Entertainment Providers · 201-500 · Bakı
Azərlotereya ASC — bütün vakansiyalar

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru | "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Əsas müştərilərlə işin idarə edilməsi sahəsində minimum 4-5 il iş təcrübəsi tələb olunur.

Excel proqramı üzrə yüksək səviyyəli biliklər tələb olunur.

Analitik düşünmə, ünsiyyət, koordinasiya, təqdimat və problemlərin həlli bacarıqları vacibdir.

Müraciət üçün CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Əsas müştəri meneceri üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Əsas müştərilər üzrə bölmə müdiri
Müraciət et