Xüsusi tələbat məhsulları üzrə partnyorluq şöbəsinin rəhbəri

Birbank

Yerləşmə
Bakı
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

Bir Ekosistemi üçün aidiyyatı industriya üzrə satış və tərəfdaşlıq strategiyasının hazırlanması və icrasına rəhbərlik edəcək, gəlir artımını təmin edərək strateji əməkdaşlıqların qurulması və inkişafı vasitəsilə biznesin davamlı böyüməsinə və bazar mövqeyinin gücləndirilməsinə töhfə verəcək təcrübəli rəhbər axtarırıq.

Vəzifə öhdəlikləri

· Qarşıya qoyulmuş strateji hədəflərə çatmaq üçün prosesləri qurmaq və nəzarət etmək;

· Bazar və rəqib təhlilləri aparmaq, inkişaf imkanları üzrə təkliflər hazırlamaq;

· Partnyorlarla əməkdaşlıq zamanı yaranan suallar və müraciətləri operativ şəkildə araşdırmaq və həllini təmin etmək;

· Bazarda olan yeni strateji partnyorların cəlb edilməsini təmin etmək;

· Partnyorlarla münasibətləri inkişaf etdirmək və mütəmadi olaraq görüşlər keçirmək;

· Partnyor məmnuniyyətini artırmaq üçün xidmət səviyyəsini davamlı olaraq təkmilləşdirmək və operativ həllər təklif etmək;

· Ekosistem məhsulları və xidmətləri üzrə partnyor kampaniyalarının hazırlanması və icrasına rəhbərlik etmək;

· Partnyor portfelinin inkişaf strategiyasını hazırlamaq və effektiv icrasını təmin etmək.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dili əla, rus və ya ingilis dili biliyi yüksək səviyyədə arzuolunandır;
  • Müvafiq sahə üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
  • MS Office proqramlarında yüksək səviyyədə bilik;
  • Güclü analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Liderlik bacarığı və komanda idarəetmə təcrübəsi;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti

Şirkət haqqında

Birbank
Banking · Baku

Digital bank and flagship app of Kapital Bank — the centre of Azerbaijan's Bir ecosystem. 3M+ active users and the country's largest branch network. Part of Kapital Bank (PASHA Holding).

Birbank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Xüsusi tələbat məhsulları üzrə partnyorluq şöbəsinin rəhbəri
Müraciət et