Vakansiya haqqında
Təsvir
- Saytdan və daxili şöbələrdən daxil olan sifarişlərlə bağlı müştərilərlə zəng vasitəsi ilə əlaqə saxlanılması, müvafiq qaydalara əsasən satışın və müraciətin tamamlanması;
- Nağd və avto kredit sifarişlərin birbaşa satışını həyata keçirmək və müştərilərə düzgün xidmət göstərilməsi; Sistem üzrə satışların düzgün həyata keçirilməsi və icrasının dəqiq aparılması;
- Sifariş və satış prosesi zamanı müştərinin tələbatını düzgün müəyyənləşdirərək ona uyğun məhsul və xidmət təklif edilməsi;
- Müştəri məmnuniyyətini təmin etmək və onlarla səmərəli, nəzakətli ünsiyyət qurulması;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və müştəri məmnuniyyəti hədəflərinə çatması;
- İlkin hissəvi satış şərtləri, kampaniyalar və endirimlər haqqında müştərilərin düzgün məlumatlandırılması.
İş şəraiti:
- İş grafiki: Növbəli;
- İş Yeri : Hibrid;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Tələblər
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (Rus,İngilis üstünlükdür);
- Məişət və rəqəmsal texnikası məhsullarının satışında minimum 6 ay iş təcrübəsi;
- Effektiv ünsiyyət və aktiv dinləmə bacarığı, müştəri ehtiyaclarını anlama və doğru məhsulu tövsiyə etmə qabiliyyəti;
- Sürətli və dəqiq işləmək, çoxsaylı sifarişləri və müştəri sorğularını idarəetmə bacarığı;
- Kompüter və ofis proqramları (MS Office, Google Sheets və s.) ilə işləmə bacarığı;
- Komanda daxilində işləmək və satış hədəflərinə fokuslanmaq qabiliyyəti;
- Ali təhsil arzuolunandır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yerləşmə
Hibrid
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
16 oktyabr 2026
Şirkət haqqında
Kontakt Home
Electronics store · Baku
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Kontakt Home — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keç