Müştəriləri qarşılayır, məhsullar barədə məlumat verir və rəhbərin tapşırıqlarını icra edir.
Vakansiya haqqında
Struktur bölmə: Korporativ satış şöbəsi
Birbaşa tabeçilik: Şöbə müdiri
Funksional tabeçilik: Baş mütəxəssis (Müştərilərlə iş üzrə menecer)
Vəzifə öhdəlikləri:
- Satış proseslərinin planlaşdırılması və koordinasiyasında iştirak edir, proseslərin fasiləsiz və effektiv icrasına dəstək göstərir.
- Satış üzrə Baş Mütəxəssisin gündəlik fəaliyyətinin təşkilinə dəstək verir (görüş cədvəllərinin idarə olunması, tapşırıqların izlənməsi və s.).
- Korporativ müştərilərlə görüşləri təşkil edir, görüşlərdə iştirak edir, müzakirələri qeydə alır və görüş protokollarını hazırlayır.
- Kommersiya təkliflərinin, təqdimat materiallarının hazırlanmasına dəstək göstərir.
- Müştəri tələblərini toplayaraq tələbin strukturlaşdırılması və ilkin analitik təhlilində iştirak edir.
- İş yükünü effektiv idarə edir, gündəlik və həftəlik prioritetlərin müəyyənləşdirilməsinə riayət edir.
- Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində satış proseslərinə dəstək verir.
- Əməliyyat proseslərində yaranan problemlərin həllində iştirak edir və verilmiş tapşırıqların icrasını təmin edir.
- Satış əməliyyatlarının icrası zamanı Müştəri Münasibətlərinin İdarə Olunması (MMİO/CRM) və digər proqram təminatlarından istifadə olunur.
- CRM sisteminə məlumatların daxil edilməsi və məlumatların mütəmadi olaraq yenilənməsinin təmin edir.
- Satış alətlərinin tətbiqində iştirak edir və onların effektiv istifadəsinə dəstək göstərir.
- Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak edir və təqdim olunmasına dəstək verir.
- Xidmət zərurəti yarandıqda ezamiyyətlərə getməyə açıq olur və ezamiyyət çərçivəsində verilən tapşırıqları icra edir.
- Peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim və seminarlarda iştirak edir, əldə etdiyi bilikləri iş prosesində tətbiq edir.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, İT və ya oxşar sahələr üzrə).
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır.
- Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür.
- MS Office proqramları ilə sərbəst işləmə bacarığı.
- CRM (Bitrix24), 1C və Dibrain proqramları ilə işləmə bacarığı (təlim keçirilir).
- İnformasiya texnologiyaları və rəqəmsallaşmaya marağının yüksək olması zəruridir.
- Ünsiyyətcil, yüksək danışıq və təqdimat bacarığı.
- Tapşırıqları düzgün prioritetləşdirmə və problem həll etmə bacarığı.
Əlavə məlumat:
- İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
- İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
- Vakansiya növü : Tam ştat
- İş yeri: “Bakinity Distribution” MMC
- Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
- Push 30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış koordinatoru üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 650 ₼.
31 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış koordinatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
“Bakinity Distribution” MMC – 2001-ci ildə əsası qoyulmuş Azərbaycan İT inteqratorudur. 2014-cü ildən etibarən şirkət Qırğızıstan və Tacikistan bazarlarında fəaliyyətə başlamış, 2016-cı ən isə Gürcüstan bazarına daxil olmuşdur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Həftədə 5 gün, 09:00-dan 18:00-dək işlənir.
İş yeri Bakı şəhərindədir.
Ən azı 1 il iş təcrübəsi arzuolunandır.
MS Office, CRM (Bitrix24), 1C və Dibrain proqramları ilə işləmə bacarığı tələb olunur.
Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dilləri üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış koordinatoru üzrə Bakıda digər açıq elanlar.
Üzv şirkətlərlə əlaqə qurur, satış və tədbirlərin təşkili üzrə 1 il təcrübəsi tələb olunur.
Satış sənədləşməsi və müştəri əlaqələrini idarə etmək üçün MS Excel bacarığı tələb olunur.
Müştərilərlə yazışmaq, zənglərə cavab vermək və satışları rəsmiləşdirmək bacarığı tələb olunur.




