Sales ManagementCRMLead Generation
Yerləşmə
Azərbaycan
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500–2 500 ₼
Yerləşdirilib
18 iyun 2026
Dillər
Azerbaijani
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş haqqında məlumat
- Biz sadəcə satış meneceri axtarmırıq…
- Biz müştərinin ehtiyacını dinləməyi bacaran, onun dilindən anlayan, etibar qazana bilən komanda yoldaşı axtarırıq.
- Modern Aqua MMC Bakı şəhərində 19 litrlik içməli suyun satışı və çatdırılması sahəsində fəaliyyət göstərən dinamik şirkətdir və komandamızı genişləndiririk.
Sənin əsas missiyan:
- Müştərilərə məhsul satmaq yox, onların ehtiyaclarına uyğun həll təqdim etməkdir.
Vəzifələr:
- Yeni müştərilərin cəlb olunması;
- Müştərilərlə görüş və danışıqların aparılması;
- Korporativ müştərilərlə əməkdaşlıqların qurulması;
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi;
- Satış hədəflərinin yerinə yetirilməsi.
Bizim üçün diplomdan daha vacib olan:
- Ünsiyyət bacarığı;
- Məsuliyyətlilik;
- İnkişaf etmək istəyi;
- Nəticə əldə etmək əzmi.
Biz təklif edirik:
- 500 - 2500 AZN sabit əmək haqqı + satışdan bonus;
- Nəticəyə əsaslanan bonus sistemi;
- Təlim və inkişaf dəstəyi;
- Güclü komandanın bir hissəsi olmaq imkanı.
- Bəziləri satışa iş kimi baxır.
- Biz isə satışa insanlarla münasibət qurmaq sənəti kimi baxırıq.
Əgər sən də bu düşüncədəsənsə, CV-ni bizə göndər.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
B2B SalesSales ManagementTeam Leadership
Sales ManagementLead GenerationSales target achievement
Sales ManagementNegotiationLead Management