Vakansiya haqqında
Intellect & Business - IB Club 2010-cu il 6 mart tarixində yaranmışdır. 16 il ərzində bir çox vacib layihələrə imza atmışdır. "Öyrən, Əylən, Yaşa" devizi altında "IB Club" İnkişaf və Karyera Mərkəzi, "IB Academy" və bir neçə təhsil şirkətlərini idarə edir.
Vəzifə öhdəlikləri
- Şirkətin məhsullarının satış prosesinin icrası;
- Müştəri ilə müqavilələrin hazırlanması;
- Daxil olan müraciətlərin (telefon və sosial media) sistemlərə yazılması;
- Zənglərin cavablandırılması və gündəlik bazadan yeni zənglərin edilməsi;
- Sınaq dərslərin təşkili və statistikasının izlənməsi;
- Köhnə müştərilərin yeni müştəriyə yenidən çevrilməsi üçün çalışmaq;
- Sosial media hesablarından yeni müraciətlərin (comment, dm) cavablandırılması və satışa çevrilməsi;
- Aylıq hədəfə çatmaq;
- Sistemlərə gündəlik müraciətlərin daxil edilməsi;
- Aylıq hesabat və satış planını qurulması.
Gözləntilərimiz:
- Punktuallıq;
- Ünsiyyətcil;
- Hədəf yönümlülük;
- Gəncliyin tələblərini başa düşüb işləyə bilən;
- Analitik bacarıq;
- Təkbaşına kritik vəziyəti idarə edib, sərbəst qərar verə bilmə bacarığı;
- Nəticəyönümlülük və nəticədən gəlir qazanma motivasiyası;
Tələblər
- Təhsildə satış üzrə təcrübə, Azərbaycan və rus dilini bilən namizədlərə üstünlük veriləcək.
- Yaş limiti 22 - 30
İş şəraiti
- İş saatları 10:00 - 19:00
- Maaş fiks 400 - 600 AZN (təcrübəyə görə) + satış bonusları
Zəhmət olmasa, müraciətlərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına maaş gözləntinizi qeyd edərək göndərin.
Müsabiqədə uğurlar!
Şirkət haqqında
IB (İntellekt və Biznes) 2010-cu il 6 mart tarixində yaranmışdır. 15 il ərzində bir çox vacib layihələrə imza atmışdır. 2024-cü ildən rəsmi olaraq "İB Təhsil Mərkəzi" MMC adı altında fəaliyyət göstərir, "Öyrən, Əylən, Yaşa" devizi ilə "IB…
IB Təhsil Mərkəzi — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərlə ünsiyyət qurur və satış nəticələrinə nail olmaq üçün məsuliyyət daşıyır.
Müştərilərə məhsullar haqqında məlumat verir və satışda köməklik göstərir, satış bacarığı tələb olunur.
Səs sistemlərinin satışını həyata keçirir və müştəri əlaqələrini inkişaf etdirir, satış təcrübəsi tələb olunur.

