Ödəniş terminallarının satışını və partnyorlarla əməkdaşlığı idarə etmək üçün satış bacarığı tələb olunur.
Vakansiya haqqında
Hazırda şirkətimizi biznes mühitində layiqincə təmsil edəcək və məhsullarımızın təşviqində iştirak edəcək aktiv Brend Təmsilçisi axtarırıq.
Sizin rolunuz: Bu vəzifədə siz həm B2B sektorunda (premium butiklər, restoranlar və gözəllik mərkəzləri) yeni korporativ müştərilərin cəlb olunmasına cavabdeh olacaq, həm də şirkətimizin daxili rəqəmsal məhsullarının hədəf kütləsinə tanıdılmasını həyata keçirəcəksiniz.
Vəzifə öhdəlikləri
- Potensial biznes sahibləri və idarəedicilərlə görüşərək Trywex Tech-in rəqəmsal xidmətlərini peşəkar şəkildə təqdim etmək.
- Şirkətimizin öz istehsalı olan daxili məhsulların və tətbiqlərin PR-ı və hədəf kütlə arasında təşviqi istiqamətində fəaliyyət göstərmək.
- Müştərinin ehtiyaclarını analiz edərək maraq yaratmaq və sonrakı texniki proseslər üçün komandamıza yönləndirmək.
- Öz iş qrafikini və görüş marşrutlarını sərbəst, lakin effektiv şəkildə planlaşdırmaq.
TƏLƏBLƏR
- Dərin texniki IT bilikləri tələb olunmur (məhsullarımız və xidmətlərimiz haqqında qısa təlim Trywex Tech tərəfindən keçiriləcək)
- Yüksək səviyyədə təqdimat və kommunikasiya bacarığı
- İşgüzar etiketə riayət etmə, peşəkar xarici görünüş və özgüvən
- Azərbaycan dilində sərbəst və səlis danışıq qabiliyyəti (Rus dili biliyi əlavə üstünlükdür)
- B2B sahəsində, satış və ya müştəri xidmətlərində təcrübə arzuolunandır.
Xüsusi qeyd: Hədəf auditoriyamızın xüsusiyyətlərinə uyğun olaraq bu vakansiya üzrə xanım namizədlərə üstünlük verilir, lakin insanlarla rahat əlaqə qura bilən həvəsli namizədlər də dəyərləndiriləcək.
NƏ TƏKLİF EDİRİK
- Sərbəstlik: Öz zamanınızı özünüz idarə edirsiniz. Sərbəst iş qrafiki ilə hədəfyönümlü çalışma imkanı.
- Şəffaf gəlir: Nəticəyə əsaslanan yüksək maliyyə motivasiyası (hər uğurlu layihədən cəlbedici bonus/ faiz)
- Komanda dəstəyi: Bütün texniki sualların cavablandırılması, xidmətlərimiz və daxili məhsullarımız haqqında təlim biz tərəfdən keçiriləcək
- Karyera inkişafı: Müasir IT və startap ekosisteminin bir parçası olmaq, şəhərin qabaqcıl biznes sahibləri ilə dəyərli əlaqələr qurmaq fürsəti.
Dinamik mühitdə çalışmağı sevirsinizsə və peşəkar IT şirkətinin siması olmaq istəyirsinizsə, müraciətlərinizi gözləyirik.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 950–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
56 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki satış mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Sərbəst iş qrafiki ilə hədəfyönümlü çalışma imkanı var.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçB2B sahəsində satış və ya müştəri xidmətlərində təcrübə arzuolunandır.
Azərbaycan dilində sərbəst danışıq tələb olunur, rus dili əlavə üstünlükdür.
Yüksək səviyyədə təqdimat və kommunikasiya bacarığı vacibdir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Terminal və ATM şəbəkəsinin genişləndirilməsi üçün yeni partnyorlar cəlb edir və satış aparır
Lift and escalator sales specialist visits construction sites, negotiates, and manages client relations with 2+ years experience.
Xarici bazarlarda satışları idarə edir və yeni müştərilər cəlb etmək bacarığı tələb olunur.



