Vakansiya haqqında

  • Tam satış prosesinin idarə olunması – ilkin əlaqədən müqavilənin bağlanmasına və sonrakı müştəri dəstəyinə qədər.
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi – şirkətin təqdim etdiyi İT həlləri və xidmətləri üzrə müştəri bazasının genişləndirilməsi.
  • Korporativ müştərilər üçün İT məhsulları, inteqrasiya həlləri və layihələrin təqdimatı.
  • Kommersiya təkliflərinin hazırlanması və razılaşdırılması, tenderlərdə iştirak və layihələrin müdafiəsi.
  • Müştəri tələblərinin təhlili, ehtiyacların müəyyən edilməsi və optimal İT həllərinin seçilməsi üçün texniki komandalarla əməkdaşlıq.
  • Əsas müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və inkişaf etdirilməsi.
  • Şirkətin İT məhsul və xidmətlərinin satış strategiyasının hazırlanmasında iştirak.
  • Layihələrin uğurla icrası üçün şirkət daxilində digər şöbələrlə (marketinq, texniki dəstək, layihə ofisi və s.) sıx əməkdaşlıq.
  • Bazarın və rəqiblərin təhlili, yeni biznes imkanlarının müəyyən edilməsi.
  • Satış hədəflərinə, dövriyyə və mənfəət üzrə müəyyən edilmiş KPI göstəricilərinə nail olunması.

Xüsusi tələblər

  • Ali təhsil (İT, telekommunikasiya, biznesin idarə olunması, marketinq və ya iqtisadiyyat sahəsində üstünlük verilir).
  • İT həlləri və xidmətlərinin satışında ən azı 3 il iş təcrübəsi (B2B və ya korporativ müştərilərlə).
  • İT məhsulları və texnologiyaları haqqında biliklər – sistem inteqrasiyası, şəbəkə həlləri, server avadanlığı, proqram təminatı, bulud texnologiyaları və kibertəhlükəsizlik.
  • Yüksək səviyyədə danışıqlar aparmaq bacarığı, o cümlədən C-Level rəhbərlərlə görüşlər və təqdimatlar.
  • Kommersiya təklifləri, müqavilələr və tender sənədləri ilə işləmək təcrübəsi.
  • Təqdimat bacarıqları, MS Office, CRM sistemləri və analitik alətlərlə sərbəst işləmək.
  • Yüksək səviyyəli ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarıqları.
  • Çoxsaylı layihələrdə paralel işləmək, vaxtı səmərəli idarə etmək və qərarvermə qabiliyyəti.
  • Rus və ingilis dillərində sərbəst yazışma və danışıqlar aparmaq bacarığı üstünlükdür
Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 sentyabr 2026
Dillər
Russian, English

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satış üzrə aparıcı mütəxəssis
Müraciət et