Təhlükəsizlik sistemləri üzrə layihə və satış koordinatoru

OMNIVISION MMC

Vakansiya haqqında

Omnivision MMC — Azərbaycanda UNV (Uniview) brendinin rəsmi distribyutoru olaraq, CCTV və təhlükəsizlik sistemləri üzrə fəaliyyət göstərir.

Hazırda komandamıza Təhlükəsizlik Sistemləri üzrə Layihə və Satış Koordinatoru axtarırıq.

Bu vəzifədə çalışan mütəxəssis yeni layihələrin əldə edilməsindən başlayaraq, layihənin texniki və kommersiya hissəsinin hazırlanması, müştəri ilə danışıqlar və sifarişin bağlanmasına qədər bütün prosesi idarə edəcək.Bundan əlavə Layihə işləyən şirkətlərlə komunikasiya,əlaqələrin qurulması və bütün proseslərin idarə edilməsi.

Əsas vəzifələr

  • Yeni CCTV və təhlükəsizlik sistemləri layihələrinin araşdırılması və əldə edilməsi;
  • Müştərilərlə görüşlərin keçirilməsi və ehtiyacların müəyyənləşdirilməsi;
  • Obyektlərə baxış və texniki tələblərin hazırlanması;
  • CCTV sistemlərinin layihələndirilməsi;
  • Kamera, NVR, HDD, PoE Switch və digər avadanlıqların düzgün seçilməsi;
  • Storage və digər texniki hesablamaların aparılması;
  • BOM və texniki spesifikasiyaların hazırlanması;
  • Kommersiya təkliflərinin hazırlanması;
  • Müştərilərlə qiymət və kommersiya şərtləri üzrə danışıqların aparılması;
  • Layihələrin UNV tərəfindən qeydiyyata alınması və xüsusi qiymətlərin əldə edilməsi;
  • Layihənin sifariş mərhələsinə qədər koordinasiya edilməsi;
  • Satış sonrası proseslərin və layihənin icrasının koordinasiyası;
  • Mövcud və potensial müştərilərlə uzunmüddətli biznes münasibətlərinin qurulması.

Namizədə tələblər

  • CCTV / Security Systems sahəsində minimum 3 il iş təcrübəsi;
  • IP CCTV sistemləri üzrə yaxşı texniki bilik;
  • Uniview, Hikvision, Dahua və ya digər CCTV brendləri ilə iş təcrübəsi;
  • NVR, HDD, PoE, Network və IP sistemləri üzrə bilik;
  • CCTV layihələndirmə və BOM hazırlama bacarığı;
  • Excel proqramından yaxşı istifadə;
  • AutoCAD biliyi üstünlükdür;
  • İngilis dili biliyi üstünlükdür;
  • Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Nəticəyönümlü və məsuliyyətli yanaşma.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Rəqabətli əmək haqqı;
  • Satış və layihə nəticələrinə əsaslanan bonus sistemi;
  • UNV tərəfindən keçirilən beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Böyük və korporativ layihələrdə iştirak;
  • Dinamik və peşəkar iş mühiti;
  • CCTV və təhlükəsizlik sistemləri sahəsində aparıcı beynəlxalq brendlərlə işləmək imkanı.

İş yeri - Bakı, Breeze Tower

İş qrafiki - Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 sentyabr 2026
Dillər
English
Son tarix
4 oktyabr 2026

Şirkət haqqında

OMNIVISION MMC
Showroom · Baku
OMNIVISION MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bestcomp Group
Senior · 4–5 ilBakı
Maaş göstərilməyib

İT infrastrukturu və proqram təminatı layihələrini idarə etmək üçün 4-5 il təcrübəsi olan mütəxəssis.

IT Infrastructure ManagementRisk ManagementAzure DevOpsISO 27001+21
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Təhlükəsizlik sistemləri üzrə layihə və satış koordinatoru
Müraciət et