Vakansiya haqqında

Tələblər:

  • Baytarlıq ixtisası üzrə ali təhsil.
  • Müvafiq sahə üzrə iş təcrübəsi.
  • Heyvan xəstəliklərinin diaqnostikası, müalicəsi, vaksinasiya və profilaktik tədbirlər üzrə biliklər.
  • Baytarlıq preparatlarının tətbiqi, dozalanması və uçotunun aparılması bacarığı.

Vəzifə öhdəlikləri:

  • Təsərrüfatdakı bütün heyvanların sağlamlıq vəziyyətinə gündəlik nəzarət edir, profilaktik tədbirlərin, vaksinasiya proqramlarının və müalicə işlərinin vaxtında və düzgün icrasını təmin edir.
  • Xəstəliklərin səbəblərini araşdırır, onların qarşısının alınması üçün müvafiq tədbirlər görür, müalicə, vaksinasiya və sağlamlıq göstəricilərinin uçotunu proqram və müvafiq qeydiyyat formalarında aparır.
  • Ferma daxilində dezinfeksiya, karantin, gigiyena və biotəhlükəsizlik qaydalarına nəzarət edir, heyvanların saxlanma şəraitinin sağlamlıq tələblərinə uyğun olmasını təmin edir. Heyvanların reproduktiv proseslərini, doğuşları, buzovların sağlamlığını, dırnaq baxımını və südün keyfiyyət göstəricilərini izləyərək zəruri tədbirlər həyata keçirir.
  • Zootexnik, mayalandırma mütəxəssisi və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı işləyərək yem rasionlarının və sağlamlıq proqramlarının təkmilləşdirilməsində iştirak edir.
  • Həmçinin dərman və baytarlıq ləvazimatlarına olan tələbatı müəyyən edir, sağım prosesində gigiyena qaydalarına əməl olunmasına və bütün sürü üzrə məlumatların sistemdə düzgün qeydiyyatına nəzarət edir.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Kürdəmir rayonu
  • Digər bölgələrdən alınan işçilər üçün yaşayış yeri təmin olunacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baytar Həkim” qeyd etməyiniz xahiş olunur

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 avqust 2026
Son tarix
5 sentyabr 2026

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı · Baku

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Azersun Holding — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Göstərilməyib
Baytar həkim
Müraciət et