Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Tələblər:
- Sahə üzrə peşə təhsili, ali təhsil üstünlükdür.
- Heyvandarlıq sahəsi üzrə ilkin biliklər.
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
Vəzifə öhdəlikləri:
- İşlədiyi təsərrüfatda baytarlıq işlərini, hər cür xəstəlik, xüsusilə yolxucu xəstəliklərə qarşı, müalicə profilaktiki və baytar-sanitariya tədbirlərini həyata keçirir.
- Fresh qrupunda olan inəklərin sağlıq durumundan məsuldur Rever qrupunda olan inəklərin sağlıq durumundan məsuldur.
- İnəklərin reverə gətirilməsi və müalicə bitdikdən sonra fermalara qaytarılması birbaşa nəzarəti altında həyata keçirilməlidir.
- Mastit müəyyən olunan heyvanları reverə ayrılması və müalicəsindən sorumludur.
- Bütün kateqoriya heyvanlarda vaksinasiya işlərini vaxtında həyata keçirməli.
- Dərmanların istifadəsini nəzarətdə saxlamalı, planlamanı həyata keçirməli.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Hacıqabul rayonu, Padar qəsəbəsi.
Digər bölgələrdən alınan işçilər üçün yaşayış yeri təmin olunacaqdır.
Şirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir. "Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Azersun Holding — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



