Vakansiya haqqında

Tələblər:

  • Baytarlıq, zootexnika, heyvandarlıq və ya digər müvafiq ixtisas üzrə ali və ya orta ixtisas təhsili.
  • Süni mayalanma və reproduksiya sahəsində minimum iş təcrübəsi.
  • Hamiləliyin müəyyən edilməsi, reproduktiv göstəricilərin izlənilməsi və sürü idarəetmə prinsipləri barədə biliklər.

Vəzifə öhdəlikləri:

  • Heyvanların reproduktiv göstəricilərini izləyir, qızğınlıq dövrünü düzgün müəyyən edərək mayalanma prosesini vaxtında və baytarlıq qaydalarına uyğun həyata keçirir.
  • Mayalandırılacaq heyvanların sağlamlıq vəziyyətini qiymətləndirir, reproduktiv problemlər aşkar edildikdə baytar həkimlə koordinasiyalı şəkildə tədbirlər görür.
  • Mayalanmadan sonra hamiləliyin müəyyən edilməsi, nəticələrin izlənilməsi və bütün məlumatların müvafiq qeydiyyat formalarında və proqram təminatında düzgün aparılmasını təmin edir.
  • Görülən işlərin təsərrüfatın məhsuldarlıq hədəflərinə uyğun şəkildə icrasını təmin edir və süd istehsalının ilboyu sabit saxlanılmasına dəstək göstərir.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Ünvan: Kürdəmir rayonu.
  • Digər bölgələrdən alınan işçilər üçün yaşayış yeri təmin olunacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mayalandırma mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 avqust 2026
Son tarix
5 sentyabr 2026

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı · Baku

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Azersun Holding — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Göstərilməyib
Mayalandırma mütəxəssisi
Müraciət et