Tikinti materiallarından nümunə alır və laboratoriyada standart sınaqlar keçir.
Vakansiya haqqında
İş şəraiti
- Şöbə: Hazır Beton Məhsulları və Doldurucuları
- İş vaxtı: Tam
- İş yeri: Neftçala rayonu
Əsas vəzifələr:
- Tikinti materiallarından (doldurucular, beton, kimyəvi əlavələr, sement və sair) standart nümunə alma prosedurlarına uyğun olaraq nümunələrin alınması
- AZS ISO/IEC 17025:2020 standartının 6.2.5 bəndinə əsasən, Holcim Hazır Beton keyfiyyət laboratoriyasında hər bir sınağin standartlara uyğun olaraq aparılması və öz imzası ilə təsdiq étməsinə səlahiyyətli olması va buna görə məsuliyyət daşıması
- Keyfiyyət planında təsvir olunan bütün sınaqların (Hazır Beton Qarışığında konus çökməsi və temperatur sınaqları, kimyəvi əlavələrin sınaqları, doldurucuların sınaqları və bərkimiş betonun sınaqları) dəqiq və vaxtında AZS, AASHTO, ASTM, DIN, EN, BS, GOST və digər standartların sınaq prosedurlarına uyğun olaraq həyata keçirilməsi
- Müşahidə edilən uyğunsuzluqlar barədə dərhal Xətt Rəhbərinə məlumat verilməsi
- Sahə və laboratoriya sınaq nəticələrinə uyğun protokolların hazırlanması
- Bütün sınaq nəticələrinin dəqiq və vaxtında qeydiyyata alınması
- İstifadə etdiyi avadanlıqların saz vəziyyətdə saxlanılması və nasazlıq yarananda dərhal Xətt Rəhbərinə məlumat verilməsi
- Görülən bütün işlərdə keyfiyyət təminatı müddəalarına əməl olunmasını təmin etmək
- Hazır Beton Qarışığının keyfiyyətinə cavabdehlik daşımaq
- Məhsulun keyfiyyəti ilə bağlı olan şikayətlərin həllində iştirak etmək
- Səlahiyyətli rəhbər tərəfindən verilən digər müvafiq tapşırıqları icra etmək
Bacarıq və Kvalifikasiyalar:
- Tikinti, İnşaat materialları və ya bənzər sahədə ali təhsil
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Microsoft Office proqramlarında işləmək bacarığı
- İngilis dili biliyi arzuolunandır
Maraqlananlar CV–lərini, mövzu hissəsində mütləq HBM Laboratoriya üzrə Mütəxəssis yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bütün müraciətlərə baxılacaq və bütün namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026
Dillər
English
Son tarix
10 sentyabr 2026
Şirkət haqqında
Holcim
Building Materials · Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Xammal və məhsulların fiziki-kimyəvi analizlərini aparır, laboratoriya avadanlıqlarını idarə edir, 3 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Dənizdə sahə mühəndisliyi xidmətləri göstərir və ən azı 3 il təcrübə tələb olunur.
Maaş göstərilməyib
Dənizdə offshore tikinti və quraşdırma işlərinə mühəndislik dəstəyi verir, 3 il təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət



