Vakansiya haqqında

Şirkət: Bakı Qida və Yağ Fabriki MMC

Tələblər

  • Ali təhsil (bakalavriat) – Mikrobiologiya və Biologiya ixtisaslar üzrə.
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Mikrobioloji analiz metodları, qida təhlükəsizliyi, sanitariya-gigiyena və laboratoriya iş prinsipləri üzrə nəzəri biliklər.
  • MS Office, Outlook, analiz proqramları və OPN proqramı ilə işləmək bacarığı.
  • AZS və ISO standartları, mikrobioloji müayinə və nümunə götürmə qaydaları üzrə biliklər.
  • Əməyin mühafizəsi, iş təhlükəsizliyi, sanitariya və ekologiyanın mühafizəsi tələbləri üzrə biliklər.
  • Analitik düşünmə, diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və laboratoriya şəraitində komanda ilə işləmək bacarığı

Vəzifə və öhdəliklər

  • Xammal, yardımçı maddələr, istehsal və içməli su, avadanlıq və işçi səthlərindən götürülmüş svab nümunələri, həmçinin hazır məhsullar üzrə mikrobioloji analizləri müəyyən edilmiş plana uyğun həyata keçirmək.
  • İstehsalat prosesində keyfiyyətə nəzarət məqsədilə AZS və ISO standartlarına uyğun mikrobioloji müayinələr aparmaq.
  • Analiz nəticələrini vaxtında və düzgün şəkildə qeydiyyata almaq, nəticələr barədə məsul şəxsləri operativ məlumatlandırmaq.
  • İstehsalat, anbar və laboratoriya sahələrində havanın mikrobioloji göstəricilərini yoxlamaq və nəticələri qiymətləndirmək.
  • Müştəri şikayətləri və satışdan geri qaytarılan məhsullar üzrə tələb olunan mikrobioloji analizləri aparmaq və nəticələri aidiyyəti şəxslərə təqdim etmək.
  • Müəssisədə mikrobioloji risk yarada biləcək potensial nöqtələri müəyyənləşdirmək və risklərin azaldılması üzrə tədbirlərdə iştirak etmək.
  • Mikrobioloji laboratoriyanın iş təlimatlarını hazırlamaq, mövcud təlimatları mütəmadi nəzərdən keçirmək və zəruri dəyişiklikləri həyata keçirmək.
  • Analiz metodlarını təkmilləşdirmək, daha sürətli, effektiv və iqtisadi mikrobioloji analiz üsullarının tətbiqində iştirak etmək.
  • Laboratoriyada istifadə olunan qida mühitləri, reaktivlər və digər sərfiyyat materiallarının qalığına nəzarət etmək və vaxtında sifarişlərin verilməsini təmin etmək.
  • Laboratoriya avadanlıqlarının uçotunu aparmaq, texniki vəziyyətini və düzgün işləməsini mütəmadi yoxlamaq.
  • Laboratoriya avadanlıqlarının, iş sahələrinin və istifadə olunan vasitələrin təmizliyinin və sanitariya tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət etmək.
  • Laboratoriya fəaliyyəti üzrə tələb olunan qeydləri, hesabatları və digər sənədləri düzgün aparmaq, əməyin mühafizəsi və iş təhlükəsizliyi qaydalarına riayət etmək

İş şəraiti

  • İş Qrafiki: Həftədə 5 gün
  • İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC
  • Nəqliyyat dəstəyi mövcuddur
  • Nahar şirkət tərəfindən təmin olunur

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Mikrobioloq” qeyd etməyiniz xahiş olunur.

Yerləşmə
Sumqayıt
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 sentyabr 2026
Son tarix
15 oktyabr 2026

Şirkət haqqında

Azersun Holding
Emal sənayesi, Qida məhsullarının istehsalı · Baku

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.

Azersun Holding — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Luxoil Company MMC
Middle · 2+ ilBakı
1 500

Sement zavodunda elektrik avadanlıqlarının təhlükəsiz işləməsini təmin edir, minimum 2 il təcrübə tələb olunur.

Preventive MaintenanceEnergy EfficiencyTechnical DocumentationElectrical Safety+7
Müraciət etAsan müraciətAsan müraciət
Seaport Catering
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Mətbəxdə qida təhlükəsizliyi və istehsal proseslərini idarə edir, 5 il təcrübə tələb olunur.

HACCPISO 22000Recipe DevelopmentCost Calculation+11
Müraciət etAsan müraciətAsan müraciət
Falcon Finance
Junior · 1+ ilZaqatala
Maaş göstərilməyib

Mikro kredit məhsullarını təbliğ edir, müştərilərlə görüşür və kredit əməliyyatlarını idarə edir, ən azı 1 il təcrübə tələb olunur.

Credit Portfolio ManagementBusiness AnalysisMathematicsCustomer Acquisition+4
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mikrobioloq
Müraciət et