Vakansiya haqqında

Vəzifənin təsviri:

  • Mammoqrafiya, MRT, KT və rentgen müayinələrinin müəyyən edilmiş protokollara uyğun həyata keçirilməsi.
  • Pasiyentlərin radioloji müayinələrə hazırlanması və müayinə zamanı düzgün mövqeləndirilməsi.
  • Müayinədən əvvəl pasiyentin şəxsiyyətinin, müayinə təyinatının və müayinə olunacaq nahiyənin yoxlanılması.
  • Radiasiya təhlükəsizliyi və ALARA prinsipinə uyğun olaraq şüalanma dozasının optimallaşdırılması.
  • MRT müayinələri zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, implant və metal əşyalarla bağlı risklərin yoxlanılması.
  • Mammoqrafiya zamanı standart proyeksiyaların düzgün icrası, uyğun kompressiyanın tətbiqi və görüntü keyfiyyətinin təmin edilməsi.
  • Kontrastlı müayinələrə hazırlığın həyata keçirilməsi və kontrast injektorundan düzgün istifadə edilməsi.
  • Görüntü keyfiyyətinin qiymətləndirilməsi, artefaktların müəyyən edilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi.
  • PACS/RIS sistemlərində müayinələrin düzgün qeydiyyatının və məlumatların idarə edilməsinin təmin edilməsi.
  • Radioloji cihazların gündəlik yoxlanılması və aşkar edilmiş nasazlıqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması.
  • Təcili hallarda ilkin yardım və baza həyat dəstəyi (BLS) tədbirlərinin həyata keçirilməsi.
Yerləşmə
Xankəndi
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Son tarix
1 oktyabr 2026

Bacarıqlar və texnologiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç
Göstərilməyib
Radiologiya üzrə texnik
Müraciət et