Vakansiya haqqında
- Həkim bilavasitə kapitanın baş köməkçisinə tabedir və tibb-sanitar xidmətinin rəisidir.
- Həkim öz işində dəniz və çay donanmasında tibbi heyətin hüquq və vəzifələri haqqında Əsasnaməni rəhbər tutmalıdır.
- Həkimnin əsas vəzifəsi heyətin sağlamlığının qorunmasını təmin etməkdən ibarətdir. Bununla əlaqədar olaraq o, əmələnin bütün üzvlərinin sağlamlığı və fiziki inkişafı vəziyyətinin müntəzəm yoxlanışını həyata keçirməlidir.
- Həkimnin müalicə və sanitar qaydalarına riayət olunması sahəsindəki tələbləri əmələnin bütün üzvləri üçün məcburidir.
- Gəmiyə yeni gələn heyət üzvlərində sanitar sənədlərinin mövcudluğunu yoxlamaq, heyət üzvlərinin müəyyən olunan tibbi müayinədən keçmələrinə və profilaktik peyvənd olunmalarına nəzarət etmək, bunların qeydiyyatını aparmaq;
- Tibbə dair bütün gəmidə yerlər, tibb avadanlıqları, cihazları və dərmanlar həkiminin idarəsindədir.
- Həkim tibbi-sanitar xidmətinə rəhbərlik edir və gəminin sanitar vəziyyəti və gəmidə yolxucu xəstəliklərin meydana gəlməsinin qarşısının alınması üzrə vaxtında tədbirlər görülməsi üçün məsuliyyət daşıyır.
- Gəminin vaxtlı-vaxtında deratizasiya və dezinfeksiya keçirilməsinə nəzarəti təmin etmək, deratizasiya şəhadətnaməsi almaq və fəaliyyət müddətlərini izləmək;
- Gəminin səfərdə vaxtaşırı heyət üzvlərinin tibbi müayinəsini həyata keçirmək;
- Heyət üzvlərinə, sərnişinlərə, gəmiyə müvəqqəti gəlmiş şəxslərə müalicə-profilaktiki kömək göstərmək, habelə lazım gəldiyi hallarda xəstələrin xəstəxanaya yerləşdirilmələrini və təcrid olunmalarını təmin etmək;
- Gəmidə gigiena və sanitar-karantin qaydalarına riayət olunmasına nəzarəti təmin etmək.
Xüsusi tələblər
- Təhsil səviyyəsi:Ali (tibbi təhsil)
- Tələb olunan minimum iş stajı:Sahə üzrə 3 il
- Tələb olunan kompüter bilik səviyyəsi:MS Office (arzuolunandır)
- Tələb olunan xarici dil bilik səviyyəsi:Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır)
- Hərbi xidməti:Hərbi biletin təqdim edilməsi zəruridir
- Əmək müqaviləsinin müddəti
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
31 avqust 2026
Dillər
Azerbaijani
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keç