Domofon sistemlərinin quraşdırılması və texniki xidmət üçün montaj sahəsində təcrübə tələb olunur.
Vakansiya haqqında
Müasir və inkişaf edən klinikamızın Onkologiya şöbəsinə Kimyaterapiya üzrə tibb bacısı vəzifəsinə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
- Həkim təyinatına əsasən kimyaterapiya preparatlarının tətbiqində iştirak etmək;
- Pasiyentlərin kimyaterapiya öncəsi, zamanı və sonrasında vəziyyətini izləmək;
- Venoz girişlərin (periferik kateter, port və s.) idarə olunmasında həkimə dəstək göstərmək;
- Təhlükəsizlik qaydalarına uyğun olaraq sitotoksik preparatlarla işləmək;
- Tibbi sənədləşməni düzgün və vaxtında aparmaq;
- Pasiyent və yaxınlarını prosedur barədə məlumatlandırmaq.
Tələblər:
- Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali tibb təhsili;
- Aktiv tibb bacısı sertifikatı;
- Kimyaterapiya və ya onkologiya sahəsində iş təcrübəsinə üstünlük verilir;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
- Pasiyent yönümlü və etik davranış prinsiplərinə riayət etmək.
Biz təklif edirik:
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar inkişaf və təlim imkanları;
- Müasir avadanlıq və komfortlu iş mühiti;
- Stabil və perspektivli iş yeri.
İş şəraiti:
- İş qrafiki – həftədə 6 iş günü
- İş saatları – qrafikə əsasən
- Əmək haqqı – namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında təyin ediləcəkdir
- Ünvan – Bakı, Yasamal ray. Tbilisi pr. 147
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə
Müraciət üçün namizədlər CV formunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Şirkət haqqında
Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir.
Respublika Diaqnostika Mərkəzi — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Mühasib kimi maliyyə hesabatları hazırlayır və otel təcrübəsi tələb olunur.
Tələbələrə xaricdə təhsil üzrə məsləhət verir və beynəlxalq təhsil sistemlərini bilir.
Sosial media üçün məhsulları təqdim edən və video çəkilişi bacarığı olan yaradıcı şəxs.

