Vakansiya haqqında

Alman dili müəllimi — Onlayn/Hibrid (layihə əsaslı əməkdaşlıq)

Solvante Group MMC — Azərbaycandan Almaniyaya iş vizası və Ausbildung istiqamətində gedən namizədlərə dəstək olan konsaltinq şirkətidir. Alman dili hazırlıq proqramımız üçün müəllim axtarırıq.

Bu vakansiya kimlər üçündür:

Yeni məzun olmuş və ya tədris təcrübəsi az olan, lakin alman dilini yaxşı bilən və işini ciddi aparan namizədlər üçün. Təcrübə tələb olunmur — proqram, dərs planı və materiallar tərəfimizdən verilir.

Nə təklif edirik:

  1. Tələbələri biz tapırıq — reklam, müraciət və qeydiyyat bizim üzərimizdədir, siz yalnız tədrisə fokuslanırsınız
  2. Hazır proqram və dərs planı — sıfırdan müfredat qurmağa ehtiyac yoxdur
  3. Çevik qrafik: A1 səviyyəsi həftədə 3 dərs, A2 səviyyəsi həftədə 2 dərs
  4. Onlayn və ya ofisdə (AF MALL, Səməd Vurğun 34) çalışma imkanı
  5. Danışıq dərsləri ayrıca tərəfimizdən aparılır — sizin yükünüz yalnız qrammatika və kitab üzrə tədrisdir
  6. Layihə əsaslı ödəniş: qrup və tələbə sayına görə. Proqram genişləndikcə ödəniş modeli də yenidən nəzərdən keçirilir
  7. Uzunmüddətli əməkdaşlıq imkanı — məqsədimiz daimi komanda qurmaqdır

Qeyd: Bu vakansiya sabit aylıq əmək haqqı deyil, layihə əsaslı əməkdaşlıq formatındadır. Şərtlər müsahibə zamanı ətraflı müzakirə olunur.

Müraciət:

Seçilmiş namizədlər müsabiqəyə dəvət ediləcək.

Tələblər

  1. Alman dili ən azı B2 səviyyəsində
  2. A1–A2 səviyyələrini kitab üzrə tədris etmək bacarığı
  3. İntizam və məsuliyyət: dərslərin vaxtında və plana uyğun keçirilməsi
  4. Rəsmi diplom şərt deyil
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
450–1 500 ₼
Yerləşdirilib
5 avqust 2026
Dillər
German

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Çin dilini uşaqlara və böyüklərə dərs vermək, rus dili biliyi vacibdir.

TeamworkLanguage TeachingLesson PlanningCommunication+1
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Böyüklərə qrammatika və danışıq üzrə ingilis dili dərsləri keçirmək.

Student AssessmentEnglish Language TeachingGrammar InstructionLesson Planning
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
450–1 500 ₼
Alman dili müəllimi
Müraciət et