Avropada təhsil üzrə mütəxəssis

Mixpromax MMC

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 000 ₼
Yerləşdirilib
1 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
1 avqust 2026

Vakansiya haqqında

MixPro Edu komandası genişlənir!

Avropa ölkələri üzrə Təhsil Mütəxəssisi vakansiyası elan edirik.

Əgər siz Avropada təhsil sahəsində təcrübəyə, güclü kommunikasiya və satış bacarıqlarına maliksinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Vəzifə öhdəlikləri:

  • Tələbələrə Avropada təhsil imkanları barədə peşəkar məsləhət vermək
  • Universitet və ixtisas seçimində düzgün istiqamətləndirmə aparmaq
  • Qəbul prosesi və sənəd hazırlığını idarə etmək
  • Viza prosedurları üzrə dəstək göstərmək
  • Universitetlərlə yazışmaları və müraciət prosesini koordinasiya etmək
  • Təhsil sərgiləri, seminarlar və təqdimatlarda iştirak etmək
  • Tələbələrlə davamlı kommunikasiya və follow-up aparmaq

Namizəddən gözləntilər:

  • Ali təhsil
  • Avropada təhsil sahəsində minimum 1 il təcrübə
  • Avropa təhsil sistemləri barədə bilik
  • Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyət
  • Rus dili biliyi üstünlükdür
  • Güclü təqdimat və satış bacarığı
  • Məsuliyyətli və nəticəyönümlü yanaşma
  • MS Office proqramları ilə işləmə bacarığı

Təklif edirik:

  • Əmək haqqı: 800–1000 AZN (namizədin bilik və bacarıqlarına əsasən) + bonus sistemi
  • Rahat və dinamik iş mühiti
  • Təlim və inkişaf imkanları
  • İş qrafiki: Tam ştat / 6 günlük iş rejimi

Ünvan: Əhməd Rəcəbli, Aynalı Plaza

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət haqqında

Mixpromax MMC
Təhsil

MixProEdu, MixProMax MMC-nin xaricdə təhsil istiqamətidir və tələbələrə müxtəlif ölkələrdə ali təhsil almaq imkanları təqdim edir. Hal-hazırda Türkiyə, Şimali Kipr, Ukrayna, Rusiya, Kazaxıstan, Özbəkistan və digər ölkələrdə yerləşən nüfuzlu universitetlərlə əməkdaşlıq edirik. Xidmətlərimizə universitet seçimi, sənədlərin hazırlanması, qəbul prosesi və.s. daxildir. Məqsədimiz – tələbələrə şəffaf, sürətli və peşəkar şəkildə təhsil imkanları təqdim etməklə, onların gələcəyinə etibarlı yol yoldaşı olmaqdır.

Mixpromax MMC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Missiya Təhsil ŞirkətiBakıManager700–1 000 ₼14 gün əvvəl
Team LeadershipOrganizationPresentation Skills
Bütün oxşar vakansiyalar
800–1 000 ₼
Avropada təhsil üzrə mütəxəssis
Müraciət et