Tələbələrlə işləyən və xaricdə təhsil üzrə məsləhət verən, minimum 1 il təcrübəsi olan mütəxəssis.
Vakansiya haqqında
Komandamıza "Xaricdə təhsil üzrə mütəxəssis" axtarışındayıq.
Əsas tələblər:
- Müvafiq sahədə minimum 1-3 il təcrübə;
- Minimum bakalavr dərəcəsi (magistr dərəcəsi olması üstünlükdür);
- İngilis dili biliyi (minimum B2 səviyyəsində);
- Pozitiv, tələbələrlə rahat ünsiyyət qura bilən və işini sevən namizədlər.
- Detallara diqqət və analitik düşüncə qabiliyyəti.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şərtləri:
- İş günləri: 1-6 günlər, bazar günü istirahət;
- Tam-ştat iş rejimi;
- Minimum əmək haqqı: 1000 AZN
- Standart əmək haqqıdan əlavə bonus sistemi
Bizimlə çalışmağın üstünlükləri:
- Fərdi və komanda şəklində inkişaf; (əməkdaşlar üçün təlimlər təşkil edilir)
- Mərkəzin təqdim etdiyi xidmətlərdən tam ödənişsiz şəkildə yaralanma hüququ.
Qeyd: Namizədlərin Rus dili biliyinin olması üstünlükdür.
Uyğun namizədlər CV-lərini (Müraciət anketi) müvafiq başlıq adı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
iSchool Təhsil Mərkəzi olaraq artıq 5 ildir ki beynəlxalq imtahanlara hazırlıq, xaricdə təhsil və ümumi İngilis dili və Riyaziyyat fənnlərinin tədrisi üzrə ixtisaslaşmışıq.
iSchool — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tələbələrə xaricdə təhsil üzrə məsləhət verir və beynəlxalq təhsil sistemlərini bilir.
Qida sektorunda satış idarəçiliyi aparır, 5 ildən çox təcrübə və liderlik bacarığı tələb olunur
Bank sistemlərinin fəaliyyətinə dəstək göstərir və biznes tələbləri təhlil edir, 2 il təcrübə tələb olunur.


