Tələbələrə xaricdə təhsil üzrə məsləhət verir və beynəlxalq təhsil sistemlərini bilir.
Vakansiya haqqında
UpGrade Education & Consulting partnyor axtarır: Xaricdə təhsil üzrə mütəxəssis (Bakalavr, Master & Təqaüd)
Biz işçi yox, partnyor axtarırıq, öz nəticəsinə görə qazanan, işini ürəkdən sahiblənən birini.
UpGrade Education & Consulting 2019-cu ildən tələbələri dünyanın aparıcı universitetlərinə göndərir. İndi komandamıza bakalavr və magistr qəbulları, təqaüd strategiyaları üzrə güclü bir mütəxəssis axtarırıq.
Nə iş görəcəksən:
- Tələbələr üçün bakalavr və magistr proqramları, təqaüd strategiyaları qurmaq
- Avropa, Asiya və digər əsas təhsil regionları üzrə universitet və dövlət təqaüdlərinə müraciətlər hazırlamaq
- Tələbənin profilinə uyğun universitet, proqram və təqaüd seçmək
- Müraciət sənədlərini koordinasiya etmək (motivasiya və tövsiyə məktubları bizim tərəfimizdən təmin olunur)
- Tələbələrə və rəhbərliyə həftəlik hesabat vermək
Kimi axtarırıq:
- Xaricdə təhsil sahəsində minimum 2 il təcrübə
- Təqaüdlər üzrə real təcrübə (DAAD, Erasmus Mundus, Swedish Institute və universitet daxili təqaüdlər)
- Çox güclü araşdırma bacarığı, yeni proqramları, deadline-ları və təqaüd imkanlarını özün tapıb dərinə gedə bilməlisən
- Yüksək intizam və məsuliyyət hissi
- Viza prosesindən xəbərdar olmaq böyük üstünlükdür
- İngilis dili minimum B2, Rus dili üstünlükdür
- Güclü ünsiyyət bacarığı və analitik düşüncə
Şərtlər:
- Hibrid — Bakı (əyani + onlayn)
- Tam ştat üstünlükdür, yarımştat da mümkündür
- Sabit maaş yox — nəticəyə əsaslanan partnyorluq modeli. Qazancın tamamilə nəticənə bağlıdır və yuxarı həddi yoxdur; güclü mütəxəssis burada bazar ortalamasından qat-qat çox qazanır. Detalları müsahibədə danışırıq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İstehlak kreditlərinin monitorinqini aparır və analitik təhlil bacarığı tələb olunur
Şirkətdə əmək münasibətlərini idarə edir və əmək qanunvericiliyini yaxşı bilir.
Satış kanallarından gələn sorğuları icra edir və sənədlərin hazırlanmasında təcrübə tələb olunur



