PythonCHTML
Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 iyul 2026
Dillər
English, Azerbaijani
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Aşağıdakı fənlərdən bir və ya bir neçəsi üzrə yüksək keyfiyyətli mühazirələrin, seminarların, laboratoriya məşğələlərinin və məsləhət (tutorial) saatlarının keçirilməsi: Kompüter elmlərinə giriş · Kompüter arxitekturasına giriş · Proqram mühəndisliyinə giriş · Nəzəri kompüter elmlərinə giriş · Funksional proqramlaşdırma və verifikasiya · Alqoritmlərin və verilənlər strukturlarının əsasları · Əməliyyat sistemlərinin və sistem proqram təminatının əsasları · Verilənlər bazalarının əsasları · Kompüter şəbəkələrinin və paylanmış sistemlərin əsasları · Proqramlaşdırma üzrə əsas laboratoriya · Kompüter arxitekturası üzrə əsas laboratoriya · Diskret strukturlar · Diskret ehtimal nəzəriyyəsi · Ədədi proqramlaşdırma · Kompüter elmləri üçün xətti cəbr · Kompüter elmləri üçün riyazi analiz;MTU-un akademik standartlarına uyğun kurs materiallarının, tapşırıqların, praktiki çalışmaların və layihəyə əsaslanan qiymətləndirmələrin hazırlanması;Ciddi və şəffaf imtahanların keçirilməsi və tələbələrə strukturlaşdırılmış akademik geribildirimin verilməsi;“TUMin” ilə əlaqəli şəkildə tədris planının hazırlanması və yenilənməsi proseslərində iştirak;Tələbə layihələrinə rəhbərlik və məsləhət saatları vasitəsilə mentorluq dəstəyinin göstərilməsi;Sənaye tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində AZSET-in tədqiqat və tətbiqi layihə fəaliyyətinə töhfə verilməsi. Xüsusi tələblər Kompüter elmləri, informatika, proqram mühəndisliyi, kompüter mühəndisliyi və ya yaxın bir sahə üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi;Bakalavr səviyyəsində aydın, tələbkar və akademik dərinliyə malik tədris aparmaq bacarığı;Ən azı iki əsas kompüter elmləri sahəsi üzrə güclü ixtisas biliyi;İngilis dilini mükəmməl bilmək (bütün tədris, qiymətləndirmə və akademik kommunikasiya ingilis dilində aparılır);Praktiki proqramlaşdırma, laboratoriya və layihəyə əsaslanan işlərin hazırlanması və onlara rəhbərlik bacarığı.Beynəlxalq səviyyədə tanınmış universitetdə əvvəlki tədris təcrübəsi;Çap olunmuş elmi tədqiqat bazası və ya tətbiqi sənaye tədqiqatı təcrübəsi;Avropa (Bolonya) akademik çərçivələri ilə tanışlıq. Müraciət etmək üçün: [email protected]
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
PHPObject-Oriented ProgrammingDesign Patterns
NetworkingGoPython
Business AnalysisBPMNAlgorithms


