İngilis dilində dərs keçmək, Kids və General English proqramlarını tədris etmək.
Vakansiya haqqında
IELTS & PRE-IELTS INSTRUCTOR
Akademik komandamıza peşəkar təlimçi axtarırıq
Hoffman Co şirkəti olaraq IELTS və Pre-IELTS proqramlarımızı daha yüksək akademik standartlara çatdırmaq üçün komandamıza **nəticəyönümlü, peşəkar və inkişafyönümlü IELTS Instructor** dəvət edirik.
Əgər siz IELTS hazırlığını yalnız test texnikalarının öyrədilməsi kimi deyil, tələbənin real akademik və kommunikativ bacarıqlarının inkişafı kimi görürsünüzsə, sizi komandamızda görmək istəyirik.
VƏZİFƏNİN ƏSAS ÖHDƏLİKLƏRİ
- IELTS Academic proqramı üzrə **Listening, Reading, Writing və Speaking** dərslərinin yüksək keyfiyyətlə keçirilməsi;
* **Pre-IELTS** tələbələri üçün səviyyəyə uyğun sistemli tədris proqramının həyata keçirilməsi;
* Tələbələrin ilkin səviyyəsinin müəyyənləşdirilməsi və fərdi inkişaf istiqamətlərinin hazırlanması;
* Dərs planlarının, praktiki tapşırıqların və əlavə tədris materiallarının hazırlanması;
* IELTS Writing Task 1 və Task 2 işlərinin yoxlanılması və **meyarlara əsaslanan detallı feedback** verilməsi;
* Speaking üzrə tələbələrin performansının qiymətləndirilməsi və inkişaf üçün konkret istiqamətlərin təqdim olunması;
* Müntəzəm **Mock IELTS / Progress Test** imtahanlarının keçirilməsi;
* Tələbələrin nəticələrinin sistemli şəkildə izlənilməsi və akademik hesabatların hazırlanması;
* Tələbələrin zəif və güclü tərəflərinin müəyyənləşdirilməsi və tədris strategiyasının buna uyğunlaşdırılması;
* Müasir IELTS resurslarından, rəqəmsal platformalardan və effektiv tədris metodlarından istifadə;
* Akademik komanda ilə əməkdaşlıq edərək kurs proqramının və tədris metodikasının inkişaf etdirilməsində iştirak.
NAMİZƏDDƏN GÖZLƏNTİLƏRİMİZ
**Mütləq tələblər:**
- İngilis dili üzrə **C1/C2 səviyyəsində** bilik;
* Minimum **IELTS 8.0** nəticəsi və ya ekvivalent dil səviyyəsini təsdiqləyən göstərici;
* IELTS hazırlığı üzrə minimum **2 il peşəkar tədris təcrübəsi**;
* IELTS imtahan formatı və qiymətləndirmə meyarlarının dərindən bilinməsi;
* IELTS-in bütün 4 komponentini tədris etmək bacarığı;
* Xüsusilə **Writing və Speaking üzrə keyfiyyətli akademik feedback** vermək bacarığı;
* Fərqli səviyyələrdə tələbələrlə işləmək və sinfi effektiv idarə etmək bacarığı;
* Dərs planlaşdırılması və tədris materiallarının hazırlanması üzrə bacarıq;
* Güclü kommunikasiya, təqdimat və interpersonal bacarıqlar;
* Məsuliyyətli, punktual, etik və nəticəyönümlü iş prinsipi.
* Tələbələrinin əldə etdiyi yüksək IELTS nəticələrini sübut edən real nəticələr.
BİZ NƏ TƏKLİF EDİRİK?
- Peşəkar və akademik yönümlü iş mühiti;
* Hazır tələbə bazası və stabil dərs yükü;
* Rəqabətqabiliyyətli əmək haqqı;
* Tədris resursları və akademik materiallarla təminat;
* Akademik proqramların hazırlanmasında aktiv iştirak imkanı;
* Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı perspektivi;
İŞ FORMATI
**İş yeri:** Bakı
**İş formatı:** Əyani / hibrid — razılaşma əsasında
**İş rejimi:** Part-time / Full-time
**Dərs formatı:** Qrup və fərdi dərslər
**Əmək haqqı:* 1700 azn
SEÇİM PROSESİ
Bizim üçün yalnız yüksək IELTS balı deyil, **real tədris bacarığı və tələbə nəticəsi yaratmaq qabiliyyəti** əsasdır.
Seçim prosesi:
**1. CV və ilkin müraciətin qiymətləndirilməsi**
↓
**2. Akademik müsahibə**
↓
**3. Demo dərs**
↓
**4. Yekun görüş və əməkdaşlıq şərtlərinin müəyyənləşdirilməsi**
Demo dərs zamanı namizədin izah etmə bacarığı, metodik yanaşması, classroom management, tələbə ilə kommunikasiya və IELTS qiymətləndirmə meyarlarından istifadə bacarığı qiymətləndiriləcək.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
9-11-ci siniflər əla Kimya dərsləri öyrətmək üçün məsuliyyətli sahə mütəxəssisi.
IELTS dərslərini keçirir, tələbələrin bacarıqlarını inkişaf etdirir və imtahana hazırlayır.
Alman dili müəllimi kimi dərs keçmək və IB MYP/DP proqramını bilmək tələb olunur.


