Vakansiya haqqında

UpGrade Education & Consulting 2019-cu ildən təhsil sahəsində fəaliyyət göstərən və tələbə nəticəsini əsas prioritet hesab edən təhsil mərkəzidir. Biz tədris prosesini sistemli metodologiya, müasir yanaşma və yüksək akademik standartlar əsasında qururuq.

Hazırda komandamızı genişləndirir və peşəsini sevən, inkişaf etməyə açıq, tələbələrinin real nəticələr əldə etməsinə töhfə verəcək General English müəllimi axtarırıq.

Vəzifə öhdəlikləri

  • General English proqramı üzrə interaktiv və kommunikativ dərslərin tədrisi (bütün tədris materialları və kurikulum təqdim olunur);
  • Dərslərin tələbələrin səviyyə və ehtiyaclarına uyğun şəkildə planlaşdırılması;
  • Tələbələrin akademik inkişafının izlənilməsi və müntəzəm rəy verilməsi;
  • Müsbət, motivasiyaedici və effektiv öyrənmə mühitinin formalaşdırılması;
  • Gənclər və yeniyetmələr üçün qrup dərslərinin aparılması.

Tələblər

  • İngilis dili üzrə minimum C1 səviyyəsi;
  • IELTS, TOEFL və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür;
  • Tədris sahəsində minimum 1,5 il iş təcrübəsi;
  • CELTA, TESOL və ya digər beynəlxalq müəllimlik sertifikatları üstünlük hesab olunur;
  • Güclü ünsiyyət, təqdimat və sinif idarəetmə bacarıqları;
  • Məsuliyyətli, təşəbbüskar və peşəkar yanaşmaya sahib olmaq.

İş şəraiti

  • Əyani iş rejimi;
  • Tam ştat üstünlükdür, yarımştat əməkdaşlıq da mümkündür (minimum 5–6 saat);
  • Çevik iş qrafiki (axşam saatlarında dərslər daxil olmaqla);
  • Nəticəyə əsaslanan maaş artımı — nəticələrin nə qədər yaxşıdırsa, qazancın da bir o qədər çox olur

Niyə UpGrade?

  • Güclü akademik komanda və dəstəkləyici iş mühiti;
  • Təcrübəli metodistlər tərəfindən mentorluq və davamlı peşəkar inkişaf;
  • Hazır kurikulum, metodik materiallar və müasir tədris resursları;
  • Şəffaf qiymətləndirmə sistemi və stabil tələbə axını;
  • Karyera inkişafı və uzunmüddətli əməkdaşlıq imkanları.

Nəticəyə əsaslanan maaş artımı — nəticələrin nə qədər yaxşıdırsa, qazancın da bir o qədər çox olur

Müraciət

CV-ni upgrade.aze@gmail.com ünvanına, mövzu hissəsində "General English Teacher" yazaraq göndər. Hər müraciəti oxuyuruq.

Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Yerləşmə
Bakı
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Dillər
English

Şirkət haqqında

UpGrade Education & Consulting
Education Administration Programs · 11-50 · Bakı

We will UpGrade your English! 🚀 | UpGrade Education & Consulting olaraq tələbələrə yüksək keyfiyyətli dil hazırlığı və xaricdə təhsil üzrə konsultasiya xidmətləri göstəririk.

UpGrade Education & Consulting — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Hədəf STEAM Liseyi
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

İnformatika fənnini IB proqramına uyğun tədris edir və proqramlaşdırma biliklərinə malikdir.

ProgrammingStudent AssessmentCurriculum PlanningTeaching+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İngilis dili müəllimi
Müraciət et