Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 iyul 2026
Dillər
English, Azerbaijani
Son tarix
14 avqust 2026

Vakansiya haqqında

Family School Naxçıvan filialına İngilis dili müəllimi tələb olunur! - İngilis dili müəllimi (General English & International Exam Preparation)

Təhsil sahəsində inkişaf etməyi hədəfləyən, tələbələrinin nəticələrinə məsuliyyətlə yanaşan və peşəkar komandamızın bir hissəsi olmaq istəyən müəllimləri Family School ailəsinə dəvət edirik.

Namizəddən tələblər

  • İngilis dilini yüksək səviyyədə bilməli (akademik və praktik istifadə bacarığı).
  • Güclü Speaking, Communication və təqdimat bacarığına sahib olmalı.
  • Minimum 2 il müəllimlik təcrübəsi olmalıdır.
  • IELTS, TOEFL, Duolingo, SAT English və digər beynəlxalq imtahanlara hazırlıq təcrübəsi üstünlük hesab olunur.
  • Dərsləri planlı və sistemli şəkildə təşkil etməli, tələbələrin akademik inkişafını mütəmadi izləməlidir.
  • Tələbələrin zəif və güclü tərəflərini müəyyən edərək onların inkişafı üçün fərdi yanaşma tətbiq etməlidir.
  • Məsuliyyətli, punktual, operativ və çevik qərarvermə bacarığına sahib olmalıdır.
  • Komanda ilə işləmək, təcrübə paylaşmaq və məktəbin akademik standartlarına uyğun fəaliyyət göstərmək bacarığı olmalıdır.
  • Özünü daim inkişaf etdirməyə və yeni tədris metodlarını öyrənməyə açıq olmalıdır.
  • Tələbələrin davamiyyəti, nəticələri və inkişafı ilə bağlı məsuliyyət hissi yüksək olmalıdır.

Əsas vəzifələr

  • General English, Speaking və beynəlxalq imtahan hazırlıq dərslərinin keçirilməsi.
  • Tələbələrin akademik inkişafının davamlı izlənilməsi və qiymətləndirilməsi.
  • Dərs planlarının hazırlanması və tədris prosesinin effektiv idarə olunması.
  • Müntəzəm sınaq imtahanlarının və qiymətləndirmələrin aparılması.
  • Valideyn və akademik heyətlə əməkdaşlıq edərək tələbələrin inkişafına dəstək göstərilməsi.

İş yeri

  • Family School – Naxçıvan filialı

İş qrafiki və əməkhaqqı

  • İş qrafiki və əməkhaqqı namizədin təcrübəsinə, ixtisasına və iş yükünə uyğun olaraq müsahibə mərhələsində müzakirə ediləcək.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İngilis dili müəllimi
Müraciət et