Biznes və funksional tələbləri toplayan, təhlil edən və sənədləşdirən İT biznes analitik axtarılır.
Vakansiya haqqında
Əsas vəzifələr
- İnformasiya sistemləri arasında API əsaslı inteqrasiyaların analizini və texniki koordinasiyasını həyata keçirmək.
- Biznes və texniki tələbləri analiz edərək sistemlərarası məlumat mübadiləsi, inteqrasiya ssenariləri və məlumat axınlarını müəyyənləşdirmək.
- REST API və SOAP veb-servislərinin spesifikasiyalarını, endpoint-ləri, request/response strukturlarını, HTTP status kodlarını və autentifikasiya mexanizmlərini analiz etmək.
- Postman və Swagger/OpenAPI vasitəsilə API-lərin yoxlanılmasını və inteqrasiya ssenarilərinin test edilməsini həyata keçirmək.
- İnteqrasiya zamanı yaranan texniki xətaları, servis cavablarını və logları analiz etmək, problemin səbəbinin müəyyənləşdirilməsi və həllində iştirak etmək.
- JSON/XML məlumat strukturlarını və sistemlərarası məlumat uyğunluğunu yoxlamaq.
- API kataloqu, endpoint spesifikasiyaları, autentifikasiya tələbləri, məlumat axınları və digər inteqrasiya sənədlərini hazırlamaq və aktual saxlamaq.
- Developer, QA, BA/PO, DevOps və digər aidiyyəti komandalarla inteqrasiya işləri üzrə koordinasiyanı təmin etmək.
- İnteqrasiyalar üzrə texniki riskləri, asılılıqları və mümkün təsirləri müəyyənləşdirmək və aidiyyəti tərəflərə təqdim etmək.
Tələblər
- Ali təhsil (İT istiqaməti üzrə)
- Minimum 2 il İnformasiya sistemlərinin inteqrasiyası, API və ya sistem analizi istiqamətində iş təcrübəsi
- Postman, Swagger/OpenAPI, SQL, Git, Jira, Confluence; API monitorinq və log analiz alətləri ilə işləmə bacarığı
- API və inteqrasiya, sistem analizi, informasiya texnologiyaları və ya əlaqəli istiqamətlər üzrə sertifikatlar üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Minimum 2 il informasiya sistemlərinin inteqrasiyası və API sahəsində təcrübə tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Müraciət üçün CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİT biznes analitika üzrə təlimçi üzrə Bakıda digər açıq elanlar.
Rəqəmsal informasiya sistemləri arasında inteqrasiya proseslərini hazırlayır və texniki dəstək göstərir.
Biznes proseslərini analiz edir, 1C konfiqurasiyalarını hazırlayır və istifadəçiləri təlimatlandırır.
Biznes ehtiyaclarını təhlil edir, tələbləri sənədləşdirir və texniki komandalarla əlaqə saxlayır.

