Vakansiya haqqında

Dost Tədris Mərkəzi mühasibatlıq sahəsində karyera qurmaq istəyən şəxslər üçün nəzərdə tutulan Mühasib Yetişdirmə Proqramı üzrə təcrübəli təlimçi axtarır.

Proqramın məqsədi iştirakçılara mühasibat uçotu, vergi uçotu və 1C proqramını praktiki şəkildə öyrətmək, onları əmək bazarına və real iş mühitinə hazırlamaqdır.

Namizədə tələblər

  • Mühasibatlıq sahəsində minimum 5 il praktiki iş təcrübəsi;
  • Minimum 6 ay təlimçilik və ya müəllimlik təcrübəsi;
  • Mühasibat uçotu, vergi uçotu və 1C proqramı üzrə nəzəri və praktiki biliklər;
  • Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • Mühasibat əməliyyatları, ilkin sənədlər, əməkhaqqı hesablamaları, vergi öhdəlikləri və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
  • Təlim proqramının və dərs materiallarının əvvəlcədən hazırlanmış olması;
  • Tədris materiallarını, praktiki tapşırıqları, keys və qiymətləndirmə vasitələrini hazırlamaq bacarığı;
  • Mövzuları sadə, anlaşılan və sistemli şəkildə izah etmək bacarığı;
  • Sıfırdan başlayan iştirakçılarla işləmək və onların praktiki bacarıqlarını inkişaf etdirmək qabiliyyəti.

Əsas vəzifələr

  • Mühasibat uçotu, vergi uçotu və 1C üzrə təlimlərin keçirilməsi;
  • Real iş proseslərinə əsaslanan praktiki tapşırıqların və nümunələrin tətbiqi;
  • İştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi, onların inkişafının izlənilməsi;
  • İştirakçıların mühasib köməkçisi və kiçik mühasib vəzifələrində işləməyə hazırlanması.

İş qrafiki və əməkdaşlıq şərtləri

  • Təlimlər iş saatlarından sonra, saat 19:00-dan etibarən keçiriləcək;
  • Dərslər üzrə qrafik və əməkdaşlıq şərtləri qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.

Maraqlanan namizədlər öz CV-lərini və ya dərs materialları haqqında qısa məlumatı Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
10 noyabr 2026
Baxış
97

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Təlimlər iş saatlarından sonra, saat 19:00-dan etibarən keçiriləcək.

İş yeri Bakıda yerləşir.

Mühasibatlıq sahəsində minimum 5 il praktiki iş və minimum 6 ay təlimçilik təcrübəsi tələb olunur.

Mühasibat uçotu, vergi uçotu, 1C proqramı və Azərbaycan Respublikasının vergi və əmək qanunvericiliyi üzrə biliklər tələb olunur.

Namizədlər CV-lərini və ya dərs materialları haqqında qısa məlumatı form vasitəsilə göndərə bilərlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maliyyə və mühasibatlıq üzrə təlimçi üzrə Bakıda digər açıq elanlar.

Basic Academy
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Mühasibatlıq sahəsində tədris edir, 1C proqramını və vergi uçotunu öyrədir.

AccountingTax AccountingPersonnel Accounting1C Software+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
ADA University
SeniorBakı
Maaş göstərilməyib

Memarlıq fakültəsində strukturların təhlili və dizaynı üzrə dərs deyir, doktorluq tələb olunur.

Structural AnalysisTeachingCurriculum DevelopmentStatics
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mühasib yetişdirmə proqramı üzrə təlimçi
Müraciət et