Vakansiya haqqında

Clover Academy MMC — biliklərini paylaşaraq yeni nəsil mütəxəssislərin inkişafına töhfə vermək istəyən təlimçiləri komandamıza dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq üzrə təlim proqramlarının hazırlanması və tədris edilməsi;
  • Tədris materiallarının hazırlanması və yenilənməsi;
  • Mühasibat uçotu, vergi, əməkhaqqı hesablamaları və əlaqəli mövzular üzrə nəzəri və praktiki biliklərin öyrədilməsi;
  • Praktiki tapşırıqlar, nümunələr və situasiya əsaslı çalışmaların hazırlanması;
  • Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi;
  • Təlim iştirakçılarının suallarının cavablandırılması və tədris prosesində onlara dəstək göstərilməsi;
  • Mühasibatlıq və vergi sahəsində qanunvericilik dəyişikliklərinin izlənilməsi və tədris materiallarında nəzərə alınması.

Namizədə tələblər:

  • Mühasibatlıq sahəsində ali və ya müvafiq peşə təhsili;
  • Mühasibatlıq üzrə praktiki iş təcrübəsi;
  • Mühasibat uçotu, vergi və əməkhaqqı hesablamaları üzrə yaxşı bilik;
  • Təlim keçmək və mürəkkəb mövzuları aydın və anlaşıqlı şəkildə izah etmək bacarığı;
  • Güclü kommunikasiya və təqdimat bacarıqları;
  • Məsuliyyətli və sistemli iş prinsipi;
  • Komandada işləmək bacarığı;
  • 1C, MS Excel və digər mühasibatlıq proqramları üzrə biliklər üstünlükdür;
  • Təlimçi kimi əvvəlki iş təcrübəsinin olması üstünlükdür.

İş qrafki: Razılaşma əsasında

Əməkhaqqı: Faiz sistemi əsasında müəyyən edilir.

Əlaqə nömrəsi: 051 932 75 25

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı e-mailin mövzu hissəsində “Mühasibatlıq üzrə təlimçi” qeyd olunması xahiş olunur.

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 avqust 2026
Son tarix
26 sentyabr 2026

Şirkət haqqında

Clover Academy
Təhsil, Təlim və peşəkar inkişaf · Baku

Clover Academy MMC müxtəlif istiqamətlər üzrə peşəkar və fərdi inkişaf təlimləri təşkil edən tədris mərkəzidir. Akademiyada İnsan Resursları (HR), mühasibatlıq, ingilis dili və digər istiqamətlər üzrə təlim proqramları həyata keçirilir.

Clover Academy — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

2 000

Mühasibatlıq və maliyyə hesabatlarının hazırlanmasını təşkil edir, 3 il təcrübə tələb olunur.

AccountingFinancial Reporting1C 8.3Financial Analysis+7
Müraciət etAsan müraciətAsan müraciət
Rəvan Commers MMC
Middle · 2+ il
Maaş göstərilməyib

Vergi və mühasibat uçotu aparır, 2 il iş təcrübəsi və 1C bilikləri tələb olunur.

Accounting1CFinancial ReportingPayroll+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mühasibatlıq üzrə təlimçi
Müraciət et