Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Namizədə tələblər:
- Yaş: 25-45
- Təhsil: Ali (Pedaqoji təhsil mütləqdir)
- İş təcrübəsi: Məktəbəqədər təhsil müəssisələrində metodist və ya rəhbər pedaqoji vəzifələrdə ən azı 2-3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - mütləqdir
Şəxsi və peşəkar keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla (pedaqoji heyət və valideynlərlə) effektiv ünsiyyət qurmaq bacarığı
- Fikirlərini aydın, lakonik, inamla ifadə etmək və təqdimat bacarıqları
- Müasir təlim-tədris metodologiyalarını mənimsəməyə, tətbiq etməyə və inkişaf etdirməyə həvəsli olmaq
- Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı
- Liderlik, təşkilatçılıq və komandanı motivasiya etmək qabiliyyəti
- Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq
Əsas vəzifə öhdəlikləri:
- Bağçanın tədris proqramının və metodiki vəsaitlərinin hazırlanması, təkmilləşdirilməsi və tətbiqinə nəzarət edilməsi
- Tərbiyəçi-müəllimlərin pedaqoji fəaliyyətinin əlaqələndirilməsi, metodiki köməkliyin göstərilməsi və dərslərin keyfiyyətinin monitorinqi
- Müasir təlim metodlarının və innovativ yanaşmaların tədris prosesinə inteqrasiya olunması
- Pedaqoji heyətin peşəkar inkişafı üçün təlimlərin, seminarların və açıq dərslərin təşkil edilməsi
- Tədris planlarının, illik və aylıq proqramların düzgün qorunması və icrasına nəzarət
- Valideynlərlə mütəmadi ünsiyyətdə olmaq, tədris proqramı və uşaqların inkişaf dinamikası barədə onları məlumatlandırmaq
- İl ərzində bağçada keçirilən bayramları təşkil etmək
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
- Əmək haqqı: 1000 AZN - 1400 AZN
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur
- CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Şirkət haqqında
“Kindergarten” özəl uşaq bağcası 2013-cü ildə Bakı şəhərində təsis olunmuşdur. Şirkət uşaqların inkişafı, o cümlədən təhsili ilə məşğul olur (hər zaman balacarın rahatlığı üçün ailə mühiti yaratmağa çalışır). Bağçada 2 yaşdan 6 yaşa qədər uşaqlar qəbul olunur. Fəaliyyət sahəsinə eyni zamanda müxtəlif növ dernekler (şahmat , gimnastika, rəsm, musiqi, üzgüçülük) ve nitqin inkişafı ilə bağlı dərslər də daxildir. Hal hazırda Bakıda yeganə bağçadır ki, franşıza kimi fəaliyyət göstərir və baş ofisi Londonda yerləşir. Bununla bağlı bağçanın məzunu olanlar üçün 2 sertifikat təqdim olunur. Eyni zamanda “Kindergarten” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün kindergartenofficial instagram saytına baxa bilərsiniz.
KinderGarten — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


