Vakansiya haqqında

7–15 yaş arası uşaqlar üçün məktəbdən sonra hazırlıq proqramı həyata keçiririk. Proqramın əsas məqsədi şagirdlərin riyazi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına, eləcə də akademik nəticələrinin yüksəldilməsinə dəstək olmaqdır.

Bu məqsədlə komandamıza rus bölməsində təhsil alan şagirdlərə riyaziyyat fənnini tədris edəcək müəllim dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Şagirdlərin ilkin bilik səviyyəsinin müəyyənləşdirilməsi;
  • 7–15 yaş arası şagirdlər üçün Riyaziyyat dərslərinin planlaşdırılması və keçirilməsi;
  • Riyazi məntiq, analitik düşüncə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi;
  • Dərs materiallarının, praktiki tapşırıqların və əlavə çalışmaların hazırlanması;
  • Şagirdlərin akademik inkişafının və nəticələrinin mütəmadi izlənilməsi;
  • Tədris nəticələrinə əsasən şagirdlərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.

Tələblər

  • Riyaziyyat üzrə ali təhsil;
  • Rus dilində sərbəst danışıq və tədris aparmaq bacarığı;
  • Müəllimlik, Olimpiada hazırlığı və ya repetitorluq sahəsində iş təcrübəsi;
  • Müasir təhsil metodikaları və rəqəmsal tədris alətləri ilə işləmək bacarığı;
  • Uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun tədris metodlarından istifadə bacarığı;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • Müasir və interaktiv tədris metodlarına açıq olmaq.

ACA LAB nə təklif edir?

  • Peşəkar və müasir təhsil mühiti;
  • Metodiki və komanda dəstəyi;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Stabil və uzunmüddətli əməkdaşlıq perspektivi.
  • Əməkhaqqı və digər əməkdaşlıq şərtləri: Müsahibə zamanı müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

CV göndərərkən e-mailin Mövzu (Subject) hissəsində “Riyaziyyat müəllimi” qeyd edilməlidir.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
28 avqust 2026
Dillər
Russian
Son tarix
28 sentyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Rewire Model Group
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Korporativ müştərilərə IT və biznes həllərinin satışını həyata keçirir, 5 il təcrübə tələb olunur.

B2B SalesCorporate SalesERPCRM+10
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Müxtəlif yaş qruplarına ingilis dili dərsləri keçirir və yüksək səviyyədə ingilis dili bilikləri tələb olunur.

PresentationStudent AssessmentEnglish Language ProficiencyTeaching+2
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Riyaziyyat müəllimi
Müraciət et