Digital SAT Math proqramı üzrə dərs deyir, minimum 3 il təcrübəsi olmalıdır.
Vakansiya haqqında
İş növü: Tam və ya yarım ştat (Full-time / Part-time)
Yerləşmə: Bakı, Azərbaycan
Biz tələbələrimizə qlobal imtahanlara hazırlıq və xaricdə təhsil sahəsində ən yüksək keyfiyyətli xidməti təqdim edirik. Komandamızın böyüməsi ilə əlaqədar olaraq, SAT (Math və ya Verbal/English) üzrə peşəkar və dinamik müəllimlər axtarırıq.
Vəzifə öhdəlikləri:
- SAT imtahan proqramına (Math və ya English/Verbal) uyğun olaraq dərslərin yüksək səviyyədə tədris edilməsi
- Tələbələrin ilkin bilik seviyyəsinin qiymətləndirilməsi və fərdi ehtiyaclarına uyğun tədris planının qurulması
- Müntəzəm olaraq sınaq imtahanlarının (Mock Exams) təşkili, nəticələrin təhlili və tələbələrin zəif tərəflərinin təkmilləşdirilməsi
- Tələbələrin davamiyyəti, aktivliyi və tərəqqisi barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Tədris materiallarının, resursların və metodologiyanın daim yenilənməsi və inkişaf etdirilməsi
Namizədə dair tələblər:
- Ali təhsil (Riyaziyyat, İngilis dili, Pedaqogika və ya müvafiq sahələr üzrə üstünlükdür)
- SAT (Math və ya Verbal) tədrisi sahəsində minimum 1-2 il iş təcrübəsi
- Müvafiq imtahanlardan (SAT, IELTS və ya TOEFL) yüksək rəsmi balın olması arzuolunandır
- Yüksək səviyyədə ingilis dili biliyi (tədris tamamilə ingilis dilində aparılır)
- Güclü ünsiyyət, təqdimat və pedaqoji bacarıqlar
- Müxtəlif yaş qruplarından olan tələbələrlə işləmək və onları motivasiya etmək qabiliyyəti
Biz nə təklif edirik:
- Beynəlxalq miqyaslı (Oxford Digital Institute tərəfdaşı olan) şirkətdə işləmək imkanı
- Rəqabətədavamlı və performansa əsaslanan əməkhaqqı
- Rahat və müasir iş şəraiti
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Çevik iş qrafiki
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "SAT Müəllimi" (və ya sahənizə uyğun olaraq "SAT Math" / "SAT English") qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
"Step by Step International Hub" tələbələrin beynəlxalq təhsil standartlarına uyğun hazırlanması istiqamətində fəaliyyət göstərən qabaqcıl tədris mərkəzidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Çevik iş qrafiki təklif olunur.
SAT tədrisi sahəsində minimum 1-2 il iş təcrübəsi tələb olunur.
Rəqabətədavamlı və performansa əsaslanan əməkhaqqı təklif olunur.
Namizədlər CV-lərini mövzu hissəsində "SAT Müəllimi" qeyd edərək göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSAT müəllimi üzrə Bakıda digər açıq elanlar.
Tələbələrə SAT Verbal imtahanına hazırlıqda dəstək olmaq üçün peşəkar müəllim axtarılır
SAT riyaziyyat dərslərini keçirir və minimum 3 il tədris təcrübəsi tələb olunur
Tələbələrə SAT Math üzrə fərdi və qrup dərsləri keçirir, riyaziyyat biliklərinə malik olmalıdır.


