Satış və müştəri xidməti üzrə təlimlər keçirir, təlim proqramları hazırlayır və qiymətləndirir.
Vakansiya haqqında
Təsvir
- Şirkətin biznes strategiyasına uyğun L&D strategiyasının və illik təlim planının hazırlanmasına və icrasına rəhbərlik etmək;
- Təlim ehtiyaclarının sistemli şəkildə müəyyənləşdirilməsi və prioritetləşdirilməsi məqsədilə TNA (Training Needs Analysis) prosesini təşkil etmək və idarə etmək;
- L&D komandasının fəaliyyətini idarə etmək, iş bölgüsünü və prioritetləri müəyyənləşdirmək, komanda üzvlərinin peşəkar inkişafını və effektiv fəaliyyətini dəstəkləmək;
- Təlim proqramlarının effektivliyini və biznesə təsirini qiymətləndirmək, müvafiq KPI-ları müəyyənləşdirmək və izləmək, nəticələr əsasında analitik hesabatlar hazırlamaq;
- Xarici təlim provayderlərinin seçimi, qiymətləndirilməsi və onlarla əməkdaşlıq proseslərini idarə etmək, təlimlərin keyfiyyət və biznes tələblərinə uyğunluğunu təmin etmək;
- Davamlı öyrənmə və inkişaf mədəniyyətinin formalaşdırılması məqsədilə yeni L&D təşəbbüslərinin, müasir yanaşmaların və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək.
Tələblər
- Ali təhsil (İR, Biznesin İdarə Edilməsi, Psixologiya və ya əlaqəli sahələr üzrə).
- Azərbaycan dilində mükəmməl, ingilis dilində isə yaxşı danışıq və yazılı ünsiyyət bacarığı;
- L&D və ya İR sahəsində minimum 4-5 il iş təcrübəsi;
- Təlim və inkişaf proqramlarının hazırlanması və idarə olunması üzrə praktiki təcrübə;
- TNA (Training Needs Analysis), kompetensiyaların inkişafı və təlimlərin effektivliyinin qiymətləndirilməsi metodologiyaları üzrə bilik;
- Komanda idarəetməsi və güclü liderlik bacarıqları;
- Yüksək səviyyədə kommunikasiya, təqdimat və fasilitasiya bacarıqları;
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş saatları 08:00-17:00 və ya 09:00-18:00, həftədə 5 gün işlənir.
İş yeri Bakı şəhərindədir.
Minimum 4-5 il təcrübə tələb olunur.
Müraciət üçün link vasitəsilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçKönüllü tibbi sığorta, uşaqlara məktəb endirimləri və peşəkar inkişaf imkanı mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəlim meneceri üzrə Bakıda digər açıq elanlar.
Təlim və inkişaf strategiyasını hazırlayır, komandanı idarə edir və təlim proqramlarını qiymətləndirir
Təlim və seminarları planlaşdırır, koordinasiya edir, güclü kommunikasiya bacarığı tələb olunur.
Təlim sessiyalarının hazırlanması və keçirilməsində dəstək göstərir, təlim materialları hazırlamağı bacarır.



