Çin və Azərbaycan dillərində şifahi tərcümə edir, texniki terminləri mənimsəyir və əlaqəni təmin edir.
Vakansiya haqqında
Universal Solar Azerbaijan MMC
İş yeri: Ələt, Qobustan Günəş Elektrik Stansiyası (GES)
Komandamıza Çin dili bilən inzibati mütəxəssis axtarırıq.
Bu vəzifənin əsas məqsədi Çin və Azərbaycan dilli əməkdaşlar arasında işgüzar ünsiyyətin və qarşılıqlı anlaşmanın təmin edilməsidir. Mütəxəssis əsasən O&M (Operations & Maintenance) əməkdaşları ilə onların çin dilli rəhbəri arasında şifahi tərcüməni həyata keçirəcək.
Əsas vəzifələr:- O&M əməkdaşları ilə rəhbərlik arasında görüşlər və gündəlik iş prosesində Çin dili ↔ Azərbaycan dili üzrə şifahi tərcümənin həyata keçirilməsi;
- Texniki və əməliyyat məsələləri ilə bağlı söhbətlərin dəqiq və operativ tərcümə edilməsi;
- İş tapşırıqlarının, göstərişlərin və izahların əməkdaşlara düzgün çatdırılmasına dəstək göstərilməsi;
- Zərurət yarandıqda yazılı tərcümələrin həyata keçirilməsi;
- Çin və Azərbaycan əməkdaşları arasında effektiv kommunikasiya və koordinasiyaya dəstək;
- İş prosesində istifadə olunan texniki terminologiyanın mənimsənilməsi və düzgün tətbiqi.
- Çin dilini yüksək səviyyədə bilmək – əsas tələb;
- Azərbaycan dilini səlis bilmək;
- Şifahi tərcümə və kommunikasiya bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Texniki terminləri öyrənmək və tətbiq etmək bacarığı;
- Energetika, elektrik mühəndisliyi və ya digər texniki sahələr üzrə bilik və ya iş təcrübəsi üstünlükdür;
- Günəş elektrik stansiyası və ya energetika sahəsində təcrübə əlavə üstünlük hesab olunur.
- İş yeri: Ələt, Qobustan GES;
- İş rejimi: növbəli iş qrafiki;
- Peşəkar və beynəlxalq iş mühiti;
- Energetika və bərpa olunan enerji sahəsində inkişaf imkanı.
Uyğun namizədlər CV-lərini göndərə bilərlər.
📩 E-mail: [email protected]
Mövzu: Çin dilli inzibati mütəxəssis
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Ələt, Qobustan Günəş Elektrik Stansiyasıdır.
Növbəli iş qrafiki ilə işlənir.
Çin dili yüksək səviyyədə tələb olunur.
Energetika və ya elektrik mühəndisliyi üzrə bilik və ya təcrübə üstünlükdür.
CV-lər e-mail vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTərcüməçi üzrə Bakıda digər açıq elanlar.
Əcnəbi mütəxəssislərlə kommunikasiya və texniki sənədlərin tərcüməsi üzrə bacarıq tələb olunur.
Çin dili müəllimi kimi dərs deyir və ən azı 1 il tədris təcrübəsi tələb olunur.
İbtidai sinif şagirdləri ilə işləyir, dərs planlaşdırma və sinif idarəetməsi bacarığı tələb olunur.

