Sosial media və çap üçün kreativ dizaynlar hazırlayır, Adobe proqramlarında təcrübəsi olmalıdır.
Vakansiya haqqında
Qrafik Dizayner Müəllimi
Tədris komandamıza peşəkar və yaradıcı Qrafik Dizayner Müəllimi axtarırıq. Namizəd qrafik dizayn sahəsində nəzəri biliklərə və praktik təcrübəyə malik olmalı, müasir dizayn alətləri ilə işləməyi və bu bilikləri effektiv şəkildə tədris etməyi bacarmalıdır.
Müəllim Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign və digər müasir dizayn proqramları üzrə dərslərin keçirilməsi, tələbələrin praktiki layihələrinin hazırlanmasına dəstək göstərilməsi, onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi və tədris prosesinin keyfiyyətli şəkildə təşkilinə cavabdeh olacaq.
Dövlət Məşğulluq Agentliyinin tələblərinə uyğun olaraq namizədin Adobe Certified Professional beynəlxalq sertifikatına sahib olması üstünlük təşkil edir.
Məqsədimiz tələbələrə əmək bazarının tələblərinə uyğun, praktiki yönümlü və beynəlxalq standartlara cavab verən qrafik dizayn biliklərinin tədris edilməsidir.
Tələblər
- Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
- Tədris və təqdimat bacarığının olması;
- Adobe Photoshop, Illustrator və InDesign proqramlarını yüksək səviyyədə bilməsi;
- Kreativ düşüncə, vizual zövq və effektiv ünsiyyət bacarığı;
- Komandada işləmək və məsuliyyətli yanaşma.
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Korporativ kommunikasiya üçün qrafik motion dizayn və video məzmun hazırlamaq, Adobe proqramlarında bacarıq tələb olunur.
Şirkətin vizual üslubuna uyğun kreativ dizaynlar hazırlamaq üçün qrafik dizayn təcrübəsi tələb olunur.
Sosial media və reklam üçün kreativ qrafik dizaynlar hazırlamaq və Adobe proqramlarını bilmək.



