Regional Hava Limanları üzrə Dispetçerlərin Tədris Proqramı

"Azərbaycan Hava Yolları" QSC

Yerləşmə
Bakı
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
25 iyul 2026

Vakansiya haqqında

"Azərbaycan Hava Yolları" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Naxçıvan, Gəncə, Qəbələ, Füzuli, Zəngilan, Laçın, Zaqatala və Lənkəran regionları üzrə HHVİS mərkəzləri üçün Hava Hərəkətinin İdarə olunması üzrə dispetçerlərinin hazırlanması proqramına qəbul elan edir.

Proqram haqqında qısa məlumat:

"Hava hərəkətinin idarə edilməsi üzrə regional HHİ dispetçerlərin hazırlanması proqramı" Azərbaycan Aviasiya Qaydalarının (AAQ), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standart və tövsiyə olunan təcrübələrinin, eləcə də Avropa aeronaviqasiya təhlükəsizliyi tələblərinin nəzərə alınması ilə təşkil ediləcəkdir. Proqram "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi əsasında həyata keçirilir və proqramda iştirak edən namizədlərə təhsil müddətində AZAL tərəfindən təqaüd ödəniləcəkdir.

Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara hava hərəkətinin idarə edilməsi üzrə dispetçer-tələbə lisenziyasını əldə etmək imkanı yaradılacaq. Lisenziya əldə etmiş şəxslər Azəraeronaviqasiyada müvafiq vəzifə üzrə işlə təmin olunacaqlar.

Proqramın müddəti: 12 ay

Tədris dili: İngilis dili

Tədris yeri: Bakı şəhəri

Tədris müddəti başa çatdıqdan sonra iş yeri: Müvafiq Regiondakı Hava Limanı

Tələblər
Ali Texniki Təhsil (MAA məzunlarına üstünlük veriləcək);
İngilis dili biliyi: B2 və ya daha yüksək səviyyədə;
Yaş: 20 - 30 yaş arası.

Seçim Prosesi

CV-lərin tələblərə uyğunluğunun yoxlanılması;
Test mərhələsi – İngilis dili, psixoloji və IQ testləri;
Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə);
Sənədləşmə prosesi;
Tibbi Müayinə (CAT 3 Sertifikatı);
İşə Qəbul və Təlimlər.

Şirkət haqqında

"Azərbaycan Hava Yolları" QSC
Airlines and Aviation · Baku

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət, innovativ texnologiyaların tətbiqi, həmçinin ölkənin aviasiya infrastrukturunun inkişafı daxildir. AZAL QSC mülki aviasiyanın idarə olunması və modernləşdirilməsində mühüm rol oynayaraq Azərbaycanın qlobal aviasiya məkanına inteqrasiyasına etibarlı zəmin yaradır. AZAL-ın beynəlxalq nüfuzu yalnız “Skytrax” və “World Airline Awards” mükafatları ilə deyil, həm də 2024-cü ildə əldə etdiyi beynəlxalq sertifikatlarla təsdiqlənir: ISO 9001:2015 (keyfiyyətin idarəetmə sistemi), ISO 14001:2015 (ekoloji idarəetmə sistemi) və ISO 45001:2018 (əmək təhlükəsizliyi və sağlamlığın idarəetmə sistemi). Bu nailiyyətlər şirkətin ətraf mühitin mühafizəsi, əməkdaşların sağlamlığı və keyfiyyətin idarə olunması sahəsində ardıcıl tədbirlərinin nəticəsidir. Həmin il COP29 çərçivəsində yüksək səviyyəli aviasiya sessiyaları keçirilib, 2025-ci ildə isə Bakı şəhərində, Qafqaz və Xəzər regionunda ilk dəfə IATA-nın Aviasiya Enerji Forumu (AEF ) uğurla təşkil edilib. AZAL dayanıqlı inkişafa xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır. 2024-cü ilin yanvarında AZAL BMT-nin Qlobal Razılaşma təşəbbüsünə qoşularaq ESG strategiyasının icrasına başlayıb. Son üç il ərzində hər il dərc olunan “Dayanıqlı İnkişaf Hesabatı”nda karbon emissiyalarının azaldılması və Net/Near Zero Emission hədəflərinə nail olunması üçün konkret məqsədlər müəyyən edilib. Ətraf mühit prinsiplərinə sadiqliyini isə şirkətin “IATA CO₂ Connect” platformasında və IEnvA (“IATA Environmental Assessment”) proqramında iştirakı bir daha təsdiqləyir. Bu yanaşma AZAL-ı qlobal aviasiya sənayesində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir.

"Azərbaycan Hava Yolları" QSC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Regional Hava Limanları üzrə Dispetçerlərin Tədris Proqramı
Müraciət et