Vakansiya haqqında
Pekarnya komandamıza xidmət sahəsini sevən, aktiv və məsuliyyətli Kassir-Barista namizəd axtarırıq.
Gülərüz ünsiyyət qurmağı bacarırsansa, müştərilərlə işləmək sənə uyğundursa və dinamik iş mühitində rahat çalışa bilirsənsə, komandamıza qoşula bilərsən.
- İş yeri: Avant Park yaşayış kompleksi, 20 Yanvar metrosu yaxınlığı
- İş qrafiki: 6/1
- Əmək haqqı: Sabit maaş + KPI
Vəzifə öhdəlikləri
- Müştəriləri nəzakətlə qarşılamaq və sifarişlərini qəbul etmək
- Məhsullar barədə düzgün məlumat vermək
- Satış prosesini və kassa əməliyyatlarını həyata keçirmək
- Sifarişləri vaxtında və düzgün təqdim etmək
- Kofe, çay, smuzi və digər içkiləri hazırlamaq
- Vitrin, masaüstü və iş sahəsinin təmizliyinə nəzarət etmək
- Gigiyena, xidmət və daxili qaydalara riayət etmək.
Tələblər
- Kassir, satış və ya barista sahəsində iş təcrübəsi
- Gülərüz, nəzakətli və səliqəli olmaq
- Müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı
- Məsuliyyətli və punktual yanaşma
- Azərbaycan dili biliyi
- Rus dili biliyi üstünlükdür.
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–900 ₼
Yerləşdirilib
2 iyul 2026
Şirkət haqqında
Bulka
Bakery · Baku
