Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Fransız və Avropa mətbəxinə uyğun desert və şirniyyatların hazırlanmasını təşkil etmək;
  • Mövcud desert menyusunun keyfiyyət standartlarına uyğun hazırlanmasını təmin etmək;
  • Yeni desert və reseptlərin hazırlanmasında və menyunun inkişafında iştirak etmək;
  • Desertlərin dad, tekstura, görünüş və təqdimat standartlarına nəzarət etmək;
  • Reseptlərin və texnoloji kartların hazırlanması və standartlaşdırılmasını təmin etmək;
  • İstehsal prosesini və gündəlik iş bölgüsünü planlaşdırmaq;
  • Xammal sərfiyyatına, məhsul itkisinə və food cost göstəricilərinə nəzarət etmək;
  • Qida təhlükəsizliyi, sanitariya və gigiyena standartlarına riayət olunmasını təmin etmək;
  • Mövsümi və innovativ desertlərin hazırlanması üzrə təkliflər vermək;
  • Mətbəx rəhbərliyi ilə sıx əməkdaşlıq edərək yüksək keyfiyyətli məhsul standartlarını qorumaq.

Tələblər:

  • Fransız və Avropa mətbəxində minimum 5 il peşəkar iş təcrübəsi;
  • Aparıcı şirniyyatçı / Pastry Chef vəzifəsində iş təcrübəsi üstünlükdür;
  • Fransız şirniyyatçılıq texnikaları və müasir desert hazırlanması üzrə peşəkar biliklər;
  • Müasir plating və desert təqdimatı üzrə bacarıq;
  • Komanda idarəetməsi və iş bölgüsünü düzgün təşkil etmək bacarığı;
  • Food cost, xammal sərfiyyatı və məhsul itkisinə nəzarət üzrə anlayış;
  • Yüksək məsuliyyət, dəqiqlik və detallara diqqət;
  • Yaradıcı yanaşma və yeni məhsullar yaratmaq bacarığı;
  • Qida təhlükəsizliyi və gigiyena standartları haqqında bilik;
  • Azərbaycan dili – yaxşı səviyyədə;
  • Rus və/və ya ingilis dili biliyi üstünlükdür.

Təminatlar:

  • İş qrafiki: 6 günlük
  • İş yeri: Bakı şəhəri
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
2 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Novaktiv MMC
Senior · 5+ ilBakı
Maaş göstərilməyib3 gün qalıb

Çörək istehsal prosesini idarə edir və 5 ildən çox təcrübə tələb olunur.

Quality ControlRecipe DevelopmentTeam ManagementSanitation and hygiene compliance+10
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı şirniyyatçı
Müraciət et