Coffee shop idarə edir, komandanı yönəldir və müştəri məmnuniyyətini təmin edir, ən azı 2 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Green City Resort & Residence komandamıza restoranın idarə olunmasını, satışların artırılmasını və müştəri məmnuniyyətinin təmin edilməsini bacaran Restoran Meneceri axtarırıq.
Əsas vəzifələr:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək
- Restoranın satışlarını artırmaq və aylıq satış hədəflərinin icrasını təmin etmək;
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək
- Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
- Müştərilərlə birbaşa ünsiyyət qurmaq, şikayət və təklifləri operativ həll etmək;
- Personalın iş bölgüsünü, növbə cədvəlini və intizamını təşkil etmək;
- Komandanı idarə etmək, motivasiya etmək və satış yönümlü xidmət standartlarını formalaşdırmaq;
- Menyunun satış potensialını artırmaq, əlavə satış və kampaniyalar üzrə ideyalar hazırlamaq;
- Yeni müştəri cəlbi və mövcud müştərilərin geri qaytarılması üçün təkliflər hazırlamaq;
- Kassa, anbar, inventar və məhsul itkilərinə nəzarət etmək;
- Görülən işlərin və xidmətlərin uçotunun təşkili,istehsal fəaliyyəti üzrə hesabatların tərtibini həyata keçirmək
- Servis, gigiyena və restoran standartlarına nəzarət etmək;
- Tədbir, banket və xüsusi rezervasiyaların təşkilində iştirak etmək.
- Restoran uzun müddətdir fəaliyyət göstərir.
Namizədə tələblər:
- Restoran və ya hotel sahəsində minimum 2–3 il menecerlik təcrübəsi;
- Güclü liderlik və komanda idarəetmə bacarığı;
- Satış yönümlü düşüncə tərzi;
- Müştəri məmnuniyyətini və satış nəticələrini paralel idarə edə bilmək;
- Problem həll etmə və operativ qərarvermə bacarığı;
- Azərbaycan dilində səlis danışıq; rus və ingilis dili üstünlükdür;
- MS Office və restoran proqramları ilə işləmək bacarığı;
- Dinamik və gərgin iş mühitində işləyə bilmək.
- İdarəetmə də təcrübəsi olanlara üstünlük verilir.
Biz nə təklif edirik:
- Stabil əmək haqqı 2500 Azn + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Nahar təmin edilir;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera inkişafı imkanı.
İş yeri: Green City Resort & Residence, Şıxov
Əlaqə: 010 334 17 47
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Restoran meneceri üzrə bazar adətən 975–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
16 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Restoran meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Green City Resort & Residence, Şıxovda yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı 2500 Azn + satış nəticələrinə əsaslanan bonus sistemi təklif olunur.
Restoran və ya hotel sahəsində minimum 2–3 il menecerlik təcrübəsi tələb olunur.
Güclü liderlik, satış yönümlü düşüncə və MS Office bilikləri tələb olunur.
Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür.
Namizədlər CV-lərini elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRestoran meneceri üzrə Bakıda digər açıq elanlar.
Restoranın gündəlik fəaliyyətini idarə edir, ən azı 3 il təcrübə və liderlik bacarığı tələb olunur.
Restoranın gündəlik işlərini idarə edir və restoran idarəçiliyi təcrübəsi tələb olunur.
Pub-restoran sahəsində menecment işlərini görür, restoran idarəetmə təcrübəsi tələb olunur.



