Vakansiya haqqında

Təsvir

  • Power BI mühitində interaktiv hesabat panelləri yaratmaq, mövcud olanları optimallaşdırmaq, Power Query ilə məlumatların transformasiyası, Row-Level Security (RLS), dataflow və dataset idarəetməsi, Gateway konfiqurasiyası və avtomatik yeniləmə (scheduled refresh) quraşdırması
  • Excel-də mürəkkəb modellər, formullar, pivot cədvəllər və makroslar hazırlamaq
  • SQL vasitəsilə verilənlər bazalarından (MS SQL Server, PostgreSQL) məlumat çıxarma, JOIN-lər, alt sorğular və hesabat sorğularının hazırlanması bacarığı
  • Power Apps ilə sadə biznes tətbiqləri, Power Automate ilə iş axınlarının avtomatlaşdırılması
  • Biznes tələblərinə uyğun KPI göstəriciləri müəyyən etmək və onların izlənməsini təmin etmək
  • Məlumat keyfiyyətini yoxlamaq, uyğunsuzluqları aşkar etmək və düzəldici tədbirlər görmək
  • Rəhbərliyə müntəzəm və ad-hoc hesabatlar təqdim etmək, nəticələri şərh etmək
  • Şöbələrarası əməkdaşlıq edərək məlumat tələblərini toplamaq və analitik həllər təklif etmək
  • AI alətləri (ChatGPT, Copilot, Claude) ilə məlumat analizi, hesabat hazırlama və iş proseslərinin sürətləndirilməsi

Tələblər

  • Təhsil - Ali (İqtisadiyyat, Statistika, Riyaziyyat, İT və ya əlaqəli sahə)
  • İş təcrübəsi - Minimum 2–3 il data analitika, hesabatlama və ya BI sahəsində iş təcrübəsi
  • Dil bilikləri - Azərbaycan dili (əla), İngilis(orta) , Rus dili(orta)
  • Kompüter bilikləri - Excel, Power BI, SQL, Power Apps, Power Automate

Əlavə tələb və bacarıqlar:

  • Python və ya R ilə məlumat analizi təcrübəsi
  • Verilənlər anbarı (Data Warehouse) konsepsiyalarının bilinməsi
  • Microsoft sertifikatları (PL-300, DA-100 və s.)
  • Dashboard və ya analitik layihələrdən ibarət portfel
  • Güclü analitik və məntiqi təfəkkür, Detallara diqqət və dəqiqlik, Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
8 oktyabr 2026

Şirkət haqqında

Mars Overseas Baku
Satış və ticarət · 10-50 · Baku

Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir. Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır.

Mars Overseas Baku — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Aparıcı data analitik
Müraciət et