Kredit risklərinin idarə olunması və modelləşdirilməsi üzrə analitik işləri görür, SQL və Python bilikləri tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
- Bankın məhsul və xidmətlərinin təhlili;
- Risklərin müəyyən olunması və idarə olunması üzrə təkliflərin verilməsi.
Tələblər
- İqtisadi və ya maliyyə sahəsi üzrə ali magistr təhsili;
- Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3-5 il iş təcrübəsi;
- Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
- Portfelin risk göstəricilərini özündə əks etdirən hesabatların hazırlanma və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət baracıqları;
- Kredit və kontragent risklərinin idarə edilməsi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə, daxili normativlərə riayət edilməsinə nəzarət etmək;
- Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər;
- Kredit risklərinin ölçülməsi, qiymətləndirilməsi üzrə bacarıqlar;
- Kreditləşmə fəaliyyəti üzrə risk limitlərini və əmsalları hesablamaq və bu limitlərə riayət edilməsinə nəzarət üzrə bacarıqlar;
- Kredit portfeli üzrə iflas olma ehtimalı verilməklə ümumi portfelin potensial iflas (default) həcmini proqnozlaşdırmaq üzrə bacarıqlar;
- Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;
- Riyazi, statistik və makroiqtisadi biliklər;
- Excel bilikləri vacibdir;
- Python, SQL, Power BI bilikləri arzuolunandır.
- İngilis və rus dili bilikləri;
- CFA və (və ya) FRM sertifikatları arzuolunandır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Dillər
English, Russian
Son tarix
14 oktyabr 2026
Şirkət haqqında
Xalq Bank
Banking · Baku
Bizi seçdiyiniz üçün Sizə təşəkkür edirik. 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.
Xalq Bank — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Məlumatları təhlil edir, biznes problemlərini həll etmək üçün SQL və Python bilikləri tələb olunur
Maaş göstərilməyib4 gün qalıb
Risk data analitiki kimi böyük həcmli məlumatları təhlil edir və risk modellərini təkmilləşdirir
Maaş göstərilməyib
Kredit portfelinin monitorinqini aparır və risk analizi üzrə güclü bacarıqlara malikdir.


