Gəlirlərin optimallaşdırılması üzrə aparıcı analitik

AZAL - Azerbaijan Airlines

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 iyun 2026
Dillər
Azerbaijani, English, Russian

Vakansiya haqqında

Təsvir

  • Tələb planlaması və qiymət elastikliyinin təhlili üçün qabaqcıl proqnozlaşdırma modelləri və statistik metodlar tətbiq etmək;
  • Müştəri analitikası strategiyalarına dəstək vermək (seqmentasiya və gəlir töhfəsi modelləri daxil olmaqla);
  • Proqnozların dəqiqliyini artırmaq və yeni analitik nəticələr yaratmaq üçün maşın öyrənməsi və “big data” texnologiyalarından istifadə etmək;
  • Satış və Şəbəkə və Cədvəl Planlaşdırması ilə sıx əməkdaşlıq edərək gəlir büdcəsi hədəfləri hazırlamaq və paylaşmaq;
  • Məlumat keyfiyyətini, hesabat dəqiqliyini davamlı olaraq artırmaq və əl müdaxilələrini avtomatizasiya ilə minimuma endirmək;
  • Kommersiya məlumatlarının rəqabətli istifadəsini dəstəkləyən analitik alətlər hazırlamaq;
  • Gəlirlərin İdarəolunması, Tarif və Satış üzrə təşəbbüs və pilot layihələrdə tətbiq oluna bilən analitik nəticələr təqdim etməklə iştirak etmək;
  • Məlumat izləmə və hesabat prosesləri üçün texniki sənədləşməni hazırlamaq və dəstəkləmək;
  • Analitik nəticələri və təhlilləri təqdim edərək kommersiya planlamasına və uzunmüddətli gəlir artımına dəstək olmaq;
  • Analitika çatdırılmasında tənzimləyici uyğunluğu və məlumat idarəçiliyi standartlarını təmin etmək.


Tələblər

  • Ali təhsil;
  • Analitik fəaliyyəti üzrə minimum 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (arzuolunandır);
  • Gəlir proqnozları, qiymət modelləri və tələb planlama alətləri hazırlama üzrə praktik təcrübə;
  • Məlumat təhlili, modelləşdirmə və statistik metodlarda (reqressiya, klasterləşmə, zaman sıraları və s.) güclü biliklər;
  • Avtomatlaşdırılmış dashboard və hesabatlar hazırlama üzrə təcrübə (Power BI, Tableau, Excel VBA);
  • SQL və ən azı bir analitik proqramlaşdırma dili (Python, R və s.) ilə işləmə bacarığı;
  • Böyük və mürəkkəb dataset-lərlə işləmə və onları praktik analitik nəticələrə çevirmə təcrübəsi;
  • Cloud platformaları (Azure, AWS, Google Cloud və s.) üzrə təcrübə üstünlük hesab olunur.
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Təqdimat bacarıqlar;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı.

Şirkət haqqında

AZAL - Azerbaijan Airlines
Baku

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət, innovativ texnologiyaların tətbiqi, həmçinin ölkənin aviasiya infrastrukturunun inkişafı daxildir. AZAL QSC mülki aviasiyanın idarə olunması və modernləşdirilməsində mühüm rol oynayaraq Azərbaycanın qlobal aviasiya məkanına inteqrasiyasına etibarlı zəmin yaradır. AZAL-ın beynəlxalq nüfuzu yalnız “Skytrax” və “World Airline Awards” mükafatları ilə deyil, həm də 2024-cü ildə əldə etdiyi beynəlxalq sertifikatlarla təsdiqlənir: ISO 9001:2015 (keyfiyyətin idarəetmə sistemi), ISO 14001:2015 (ekoloji idarəetmə sistemi) və ISO 45001:2018 (əmək təhlükəsizliyi və sağlamlığın idarəetmə sistemi). Bu nailiyyətlər şirkətin ətraf mühitin mühafizəsi, əməkdaşların sağlamlığı və keyfiyyətin idarə olunması sahəsində ardıcıl tədbirlərinin nəticəsidir. Həmin il COP29 çərçivəsində yüksək səviyyəli aviasiya sessiyaları keçirilib, 2025-ci ildə isə Bakı şəhərində, Qafqaz və Xəzər regionunda ilk dəfə IATA-nın Aviasiya Enerji Forumu (AEF ) uğurla təşkil edilib. AZAL dayanıqlı inkişafa xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır. 2024-cü ilin yanvarında AZAL BMT-nin Qlobal Razılaşma təşəbbüsünə qoşularaq ESG strategiyasının icrasına başlayıb. Son üç il ərzində hər il dərc olunan “Dayanıqlı İnkişaf Hesabatı”nda karbon emissiyalarının azaldılması və Net/Near Zero Emission hədəflərinə nail olunması üçün konkret məqsədlər müəyyən edilib. Ətraf mühit prinsiplərinə sadiqliyini isə şirkətin “IATA CO₂ Connect” platformasında və IEnvA (“IATA Environmental Assessment”) proqramında iştirakı bir daha təsdiqləyir. Bu yanaşma AZAL-ı qlobal aviasiya sənayesində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir.

AZAL - Azerbaijan Airlines — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Gəlirlərin optimallaşdırılması üzrə aparıcı analitik
Müraciət et