Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır;
- Müvafiq sahə üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
- Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə statistik hesabatlar hazırlayır;
- Digər təşkilatlardan və struktur bölmələrdən əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlayır, sistemləşdirir və hesabatlar hazırlayır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır.
Tələblər:
- “İqtisadiyyat, Biznes analitikası, Maliyyə, Data analitikası” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 2 ildən az olmayaraq iş təcrübəsi;
- Yaş həddi 23-40 aralığı;
- Microsoft Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilməli, analitik hesabatların və təqdimatların hazırlanması bacarığına malik olmalıdır, SQL və DAX ilə işləmə bacarığı arzuolunandır;
- Power BI və ya digər Business Intelligence (BI) alətləri ilə işləmə təcrübəsi mütləqdir, məlumatların vizuallaşdırılması və dashboardların hazırlanması bacarığına malik olmalıdır;
- Azərbaycan dilini səlis, ingilis dili və rus dili arzu olunandı;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Maliyyə, korporativ maliyyə və ya maliyyə hesabatlarının təhlili sahəsində baza bilikləri arzuolunandır;
- ACCA, CFA, BIDA, FMVA və ya digər beynəlxalq maliyyə və data analizi üzrə sertifikatlarının olması arzuolunandır
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Mütəxəssis) qeyd edin.
Şirkət haqqında
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.
Azerbaijan Energy Regulatory Agency — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Biznes analitik kimi bazar araşdırması apararaq yeni biznes imkanlarını müəyyənləşdirir və güclü analitik bacarıqlara malik olmalısınız.
Rəqəmsal marketinq kampaniyalarının performansını analiz edir və optimallaşdırma bacarığı tələb olunur.
Müştəri marketinqi üzrə menecer müştəri dəyərini artırmaq üçün marketinq proqramlarını inkişaf etdirir və analitik bacarıq tələb olunur.



