Biznes tapşırıqlara uyğun datanı analiz edir və hesabatlar hazırlamaq üçün SQL, Python və AI alətlərindən istifadə edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması;
- Şirkətin fəaliyyət nəticələri üzrə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması
- SQL verilənlər bazasından və digər korporativ informasiya sistemlərindən məlumatların əldə edilməsi və ilkin emalını həyata keçirilməsi
- Microsoft Excel vasitəsilə məlumatların işlənməsi, zəruri hesablamaların aparılması və hesabatların hazırlanması
- Satış, maliyyə və digər struktur bölmələr üzrə məlumatların toplanması və ilkin təhlilini həyata keçirməsi
- Hazırlanmış hesabatların düzgünlüyünü və məlumatların tamlığını yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə birbaşa rəhbərə məlumatın verilməsi
- Şirkətdaxili hesabatlılıq proseslərinin avtomatlaşdırılması istiqamətində görülən işlərə dəstək göstərilməsi
- Hazırlanmış hesabatların müəyyən edilmiş müddətlərdə aidiyyəti şəxslərə təqdim edilməsi
Əsas tələblər:
- Təhsil: Bakalavr ;
- Dil bilikləri: Azərbaycan dili- əla, Rus dili; İngilis dili- yaxşı
- SQL Serverdə işləmə bacarığı;
- Python üzrə biliklər və iş təcrübəsi;
- Aİ alətlərindən istifadə bacarığı və LLM modellərlə iş təcrübəsi
- RAG, embeddings və vector database texnologiyaları ilə işləmək
- Microsoft Excel üzrə biliklər
- Power BI vasitəsilə müxtəlif analitik hesabatlar hazırlanmaq bacarığı
Fərdi keyfiyyət göstəriciləri:
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Analitik və strateji düşünmə qabiliyyəti;
- Məsuliyyətlilik;
- Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
- Data analitika üzrə sertifikatı olanlara üstünlük verilir.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Razılaşma əsasında;
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Data Analitika və AI üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və [email protected] ünvanlarına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data scientist üzrə bazar adətən 504–1 400 ₼ ödəyir, median — 1 000 ₼.
13 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data scientist kimi öz maaşını yoxlaŞirkət haqqında
Sirab Satış və Dağıtım MMC is the sales and distribution arm of the Sirab mineral water brand (part of the Veyseloglu group), handling wholesale and retail sales of Sirab carbonated and still mineral waters.
Müraciətin
Bu vakansiya haqqında suallar
Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A, Masazır dairəsinin yaxınlığıdır.
İş həftədə 5 gün, şənbə və bazar istirahət günləridir.
Əmək haqqı razılaşma əsasında təyin olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData scientist üzrə Xırdalanda digər açıq elanlar.
Müraciət edən data science və AI həlləri yaradır, Python və SQL bilikləri tələb olunur.
Məlumat elmi və süni intellekt həlləri yaradır, Python və SQL bilikləri tələb olunur.
Bankın biznes və risk departamentlərinin problemlərini həll etmək üçün data scientist kimi işləmək.


