Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Birbank-ın strateji fəaliyyətində mühüm rol oynayan Regulyativ Hesabatlıq şöbəsi komandamıza mütəxəssis/aparıcı mütəxəssis axtarırıq. Bu rol Bankın prudensial və regulyativ hesabatlarının hazırlanması, müvafiq dövlət qurumlarına dəqiq və vaxtında təqdim olunmasını əhatə edir. Bu vəzifədə Siz həm gündəlik hesabatların hazırlanmasında, həm də yeni regulyativ tələblərə uyğun proseslərin qurulmasında iştirak edəcəksiniz. Sizin işiniz yalnız hesabatların hazırlanması ilə məhdudlaşmayacaq, həm də Bankın sabit fəaliyyətinə və risklərin effektiv idarə olunmasına mühüm töhfə verəcək.
Vəzifə öhdəlikləri
- Azərbaycan Respublikasının Mərkəzi Bankına gündəlik və aylıq hesabatların hazırlanması;
- Requlyativ tələblərə uyğun olaraq maliyyə məlumatlarının toplanması, təhlili və hazırlanması, tənzimləyici orqanlara dəqiq və vaxtında təqdim edilməsi;
- Maliyyə hesabatlarının keyfiyyətinə nəzarət: təqdim olunan məlumatların düzgün, tam və tələblərə uyğun olmasını təmin etmək, bütövlüyünü qorumaq üçün müvafiq nəzarət və prosedurlara riayət etmək;
- Maliyyə proseslərinin optimallaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Təhlil və hesabat tərtib etmə bacarığı;
- SQL bilikləri və məlumat bazaları ilə işləmək bacarığı arzuolunandır;
- İri həcmli data ilə işləmək bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və dəqiqlik;
- ACCA və ya digər beynəlxalq mühasibatlıq sertifikatları üstünlük hesab olunacaq.
Üstünlüklər
· İnkişaf imkanları
· Rəqabətli əmək haqqı və bonuslar
· Yüksək təminatlı sığorta
· Dəstəkləyici mühit
· Visa Premium əmək haqqı kartı
· Korporativ endirimlər
· Korporativ tədbirlər
· Əlavə məzuniyyət
· Güzəştli təhsil və işçi kredit
Şirkət haqqında
Digital bank and flagship app of Kapital Bank — the centre of Azerbaijan's Bir ecosystem. 3M+ active users and the country's largest branch network. Part of Kapital Bank (PASHA Holding).
Birbank — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



