İqtisadi göstəriciləri və maliyyə məlumatlarını təhlil edir, analitik hesabatlar hazırlayır.
Vakansiya haqqında
Əmək funksiyaları:
- Müvafiq layihələr üzrə iqtisadi məlumatların toplanmasını, emalını və sistemləşdirilməsini həyata keçirmək;
- Toplanmış məlumatlar əsasında iqtisadi təhlillər, proqnozlar və qiymətləndirmələr hazırlamaq;
- Hazırlanmış layihələrin sosial-iqtisadi təsirlərini təhlil etmək;
- Strateji sənədlərin, proqramların və fəaliyyət planlarının hazırlanması üçün iqtisadi təhlillər və məlumatlar təqdim etmək;
- İqtisadi göstəricilər üzrə analitik hesabatlar, arayışlar və təqdimat materialları hazırlamaq;
- Rəsmi statistik məlumatları və digər məlumat bazalarını təhlil etmək, nəticələri ümumiləşdirmək;
- Şöbənin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktların, strateji sənədlərin və beynəlxalq təcrübənin iqtisadi aspektlərini təhlil etmək.
Vəzifənin tutulması şərtləri:
- Təhsil: İqtisadiyyat ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi;
- İş stajı: ən azı 3 il müvafiq sahədə;
- Kompüter bilikləri: Microsoft Office (xüsusilə Excel) və Power BI, Python və ya Stata proqramlarından biri üzrə orta səviyyədə biliklər;
- Dil bilikləri: İngilis dili (mütləq), rus dili biliyi üstünlükdür;
- İqtisadi proqnozlaşdırma, statistik və ekonometrik təhlil metodları, analitik hesabatların hazırlanması, məlumatların vizuallaşdırılması, mikroiqtisadiyyat və makroiqtisadiyyat üzrə biliklər;
- İqtisadi məlumatların müxtəlif mənbələrdən toplanması, emalı və sistemləşdirilməsi bacarığı;
- İqtisadi göstəricilərin təhlili və interpretasiyası bacarığı;
- İqtisadi proqnozların hazırlanması bacarığı;
- Analitik hesabat və arayışların hazırlanması bacarığı.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi tələb olunur.
Microsoft Office (xüsusilə Excel), Power BI və Python və ya Stata proqramlarından biri üzrə orta səviyyədə biliklər tələb olunur.
İngilis dili mütləqdir, rus dili biliyi üstünlükdür.
İqtisadiyyat ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİqtisadi təhlilçi üzrə Bakıda digər açıq elanlar.
Məlumatların emalı, analizi və Data Governance üzrə təcrübəsi olan aparıcı mütəxəssis axtarılır.
Emissiya məlumatlarını təhlil edir, hesabatlar hazırlayır və Python, Excel bilikləri tələb olunur.
Tələbələrə data analitikası və vizuallaşdırma üzrə praktiki dərslər keçmək üçün təcrübə tələb olunur.


